Tələbələrimizdən növbəti uğur: yarışda iştirak edib, yer qazandılar
Fakültəmizin tələbələri şəhərin ictimai və intellektual həyatında aktiv fəaliyyətlərini və uğurlarını davam etdirirlər. Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin istedadlı tələbələri GDU nəzdində fəaliyyət göstərən Gəncə Gənclər Evində təşkil olunmuş intellektual yarışda uğurla iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmada fakültəmizin komandası yüksək bilik və bacarıqları, dünyagörüşləri və çevik düşüncə qabiliyyətləri ilə xüsusi fərqləniblər. […]










