Gündəlik Arxiv: 01 Noyabr 2022

Şəhidimizin şəhadətindən 2 il ötür

Cümşüdov Orxan Sabutay oğlu 1993-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. 2015-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment ixtisası üzrə məzunu olub. Azərbaycan Ordusunun əsgəri olan Orxan Cümşüdov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən […]

Davamı

Açıq dərs

1 noyabr 2022-ci il tarixində Menecment və turizm işi kafedrasının baş müəllimi i.f.d., Qasımov Şahin Nəsib oğlunun “Maliyyə menecmenti” fənnindən “Müəssisənin maliyyələşməsi” mövzusunda Maliyyə və Mühasibat uçotu ixtisasları III kursunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə fakültə dekanı dosent Məsim Abadov, kafedra müdiri dosent Əli Allahverdiyev və müəllimlər iştirak etdilər. Dərsdə proyektordan istifadə edildi.

Davamı