Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhərinə səfər edib
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra şəhər sakinləri ilə xatirə fotoları çəkdirilib.