Gülnara Turabovanın açıq dərsi

10.03.2017-ci il tarixdə İdarəetmə kafedrasının baş müəllimi Gülnara Turabovanın Mühasibat uçotu və audit və Biznesin idarə edilməsi ixtisaslarında Beynəlxalq iqtisadi münasibətlər fənnindən ” Beynəlxalq iqtisadi münasibətlər sistemində beynəlxalq turizmin yeri” mövzusunda  açıq dərsi keçirildi.Açıq dərsdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos.F.Məmmədov,İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Ş.Xurşudov, İdarəetmə kafedrasının müdiri dos.Z.Abbasov, dos.U.Əfəndiyev, dos.C.Bağırzadə,b/m S.Ramazanov,müəllim M.Babayev və başqaları iştirak etdilər.Dərs düzgün təşkil edilmişdir. Elektron vasitələrdən istifadə dərsin keyfiyyətini daha da artırırdı.Dərs vaxtından düzgün istifadə edildi və müəllim mövzunu əhatə edən bütün məsələlərə aydınlıq gətirdi.