Tələbələrimiz fakültələrarası keçirilən intellektual yarışda II yer tutdular

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 30.03.2017-ci il tarixində universitetinin ikinci tədris binasında fakültələrarası intellektual yarış keçirildi. 6 nəfərdən ibarət olan 8 komanda qalib gəlmək uğrunda mübarizə apardı.Fakültəmiz bu yarışda II yeri tutdu. Fakültəmizi təmsil edən “DİFAİ” komandasının tərkibi I kurs tələbələrindən ibarət idi. Bunlar: Novruzov Nail (komandanın kapitanı), Novruzov Eldəniz, Mustafayeva Türkanə, Allahyarov Seymur, Atayev Orxan, İnqilablı Fuad olmuşdur.