İntellektual yarış…

19 noyabr 2017-ci ildə İrəli İctimai Birliyinin Şəmkir şəhərində “Azərbaycan İntellektual Birincisi” layihəsinin Qərb regional turniri keçirilmişdir. Ümumilikdə Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Samux, Gəncə, Naftalan və Goranboy rayonlarından olan gənclər Xəmsə, Nə? Harada? Nə Zaman?, Kod Davinçi və Vətəni Tanı intellektual oyunları üzrə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparmışdır. Nə? Harada? Nə Zaman? intellektual oyununda Goranboy komandası adı altında İqtisadiyyat və İdarəetmə fakultəsinin II kurs tələbələri Nadirli Turqut, Atayev Orxan, Novruzov Nail, İnqilablı Fuad və Baxşəliyev Elgiz yarışda iştirak etmişlər. Ümumilikdə 9 komandanın yarışdığı bu oyunda 1-ci yerə Gəncə komandası, 2-ci yerə Goranboy komandası və 3-cü yerə Tovuz komandası layiq görülmüşdür. Yarışın sonunda İştirakçı və Qalib komandalara Sertifikatlar təqdim edilmişdir. İlk yerləri tutan komandalar Bakıda keçiriləcək final oyununa vəsiqə qazanmışlar. Bu uğur münasibətilə Tələbələrimizi təbrik edir və onlara Bakıda keçiriləcək final oyununda qalib gəlməyi arzulayırıq.