Universitetimizdə 8 mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş onlayn tədbir keçirilmişdir

Tədbiri Universitetimizin rektoru professor Yusif Yusibov açdı. O Universitetimizin bütün qadın əməkdaşlarını bu gün münasibətilə təbrik etdi və onlara uzun ömür can sağlığı arzu etdi. Tədbirdə Universitetimizin prorektorları, dekanları, kafedra müdirləri də iştirak edirdi. Universitetdə tədris ili ərzində fəallığı ilə seçilmiş qadın əməkdaşları fəxri fərman və təşəkkürlə təltif edildi.