ŞƏHİDLƏR ÖLMƏZ

25 oktyabr 2022-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Orxan Cümşüdov və Hikmət Məmmədovun timsalında bütün şəhidlərimizə həsr edilmiş “Xarıbülbül” adlı tədbir kecirildi. Tədbirdə tədris məsələləri üzrə prorektor, dosent Şahin Xurşudov, humanitar məsələlər üzrə prorektor, dosent Fətəliyeva Gülsüm, dekan ,dosent M.Abadov , kafedra müdirləri və qonaqlar iştirak edirdilər.

Orxan Cümşüdov və Hikmət Məmmədov fakültəmizin məzunları və 44 günlük Vətən müharibəsinin şəhidləridir. Fakültənin iki böyuk auditoriyasına onların adı verilmiş , hər birində onların şəkli və tərcümeyi-hallarını əks etdirən stendlər vurulmuşdur. Tədbirdən sonra iştirakçılar və şəhidlərin yaxın qohumları həmin auditoriyalarda olmuşlar.

Vətən uğrunda canından keçmiş, qəhrəmancasına həlak olmuş əziz şəhidlərimizin xatirəsini biz həmişə yaşadacayıq!!!