Rektorun 7 mart 2025-ci il tarixli 5/118 saylı əmri ilə SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupu yaradılmışdır. Qrupun tərkibi sədr, dosent Zakir Əhmədov, katib Könül Əlizadə və dörd nəfər üzvdən ibarətdir.
SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun işinin effektiv təşkili üçün iş planı tərtib edilmiş və 14 mart 2025-ci il tarixində həmin iş planı qrupun birinci iclasında müzakirə və təsdiq edilmişdir.
14 mart 2025-ci il tarixində SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun ikinci iclası keçirildi. İclasda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun hazırladığı iş planının müzakirə və təsdiqi oldu.