TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI
TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ SƏDRİ

Nuray Vüqar qızı Əkbərova – 22 iyun 2003-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2009–2020-ci illərdə Gəncə şəhər İmaməddin Nəsimi adına 44 nömrəli Məktəb-Lisey Kompleksində orta təhsil almışdır. 2020–2023-cü illərdə Tovuz Dövlət Sosial-İqtisad Kollecində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil almışdır. 2023-cü ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2021–2022-ci illərdə “Alfa” MMC-də mühasib vəzifəsində çalışmışdır. 2022–2023-cü illərdə “LinkNet” MMC-də ofis meneceri vəzifəsində fəaliyyət göstərmişdir.2024-cü ildən etibarən 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində ASAN Könüllüləri Təşkilatının nümayəndəsi kimi fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “İlin ASAN Könüllüsü” mükafatına layiq görülmüşdür. 2025-ci ildə Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu çərçivəsində fəxri fərmanla təltif olunmuşdur. Həmçinin 2025-ci ildə keçirilən III MDB Oyunlarında supervisor vəzifəsində fəaliyyət göstərmiş və bu münasibətlə təşəkkürnamə ilə təltif edilmişdir. 2025-ci ildə “Suverenlik Marafonu”layihəsində təşkilatçı kimi iştirak etmiş və fəaliyyətinə görə rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Eyni zamanda, təşkilatçılıq qabiliyyətinə və elmi işlərdə fəaliyyətinə görə rektorun Fəxri Fərmanı ilə təltif edilmişdir. 2025-ci ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Gənclər Təşkilatının fakültə sədridir. Eyni zamanda Gəncə Dövlət Universitetində universitet üzrə Elmi Şuranın üzvüdür.2025-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdim etdiyi “İlin tələbəsi” mükafatı ilə təltif olunmuşdur.
MÜAVİN

Nihad Dilqəm oğlu Mustafazadə – 26 iyul 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2013-cü ildə Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbə daxil olmuş və 2024-cü ildə Kəlbəcər rayon 9 nömrəli məktəbi uğurla bitirmişdir. 2024-cü ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə universitetdə və şəhər miqyasında təşkil olunan tədbirlərdə tələbələrin potensionalını üzə çıxarmaq məqsədilə onların universitetin daxili və respublika səviyyəli layihələrə, könüllülük proqramlarına və təlimlərə cəlb olunmasına həvəsləndirir və təşkil edir.
MÜAVİN

Cavidan Vüsal oğlu Xoyluzadə – 6 iyul 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2013-2024-cü illərdə Goranboy rayon Fəxralı kəndi Teymur Sadıqov adına tam orta məktəbdə təhsil almışdır. 2024-cü ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul olmuşdur. Universitetdə təhsil aldığı müddətdə həm aktiv tələbə kimi seçilmiş, həm də tələbələrin şəxsi inkişafını dəstəkləyib, onları intellektual, sosial və yaradıcı layihələrdə fəal iştirak etməyə şövq edir.
Tələbə Gənclər Təşkilatı — universitetdə tələbələrin maraqlarını müdafiə edən, onların asudə vaxtlarını səmərəli təşkil edən və şəxsi inkişafına şərait yaradan böyük bir tələbə ailəsidir.
Bizim ana məqsədimiz:
- Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Dövlət Gənclər Siyasətinə uyğun olaraq, vətənpərvər, bilikli, yaradıcı və sağlam gəncliyin formalaşmasına töhfə vermək;
- Tələbələrin elmi, sosial, mədəni və idman potensialını üzə çıxarmaq;
- Tələbə həyatını daha rəngarəng, maraqlı və faydalı etməkdir.
Bizim Əsas Vəzifələrimiz
- Təhsildə Rəqabət və Elmi Dəstək: Fənn olimpiadaları, bilik yarışları və fərdi inkişaf təlimləri təşkil edərək akademik uğurlarını artırmaq.
- Sosial və İctimai Məsuliyyət: Humanihtar layihələr, uşaq evlərinə ziyarətlər və ödənişsiz dil kursları ilə cəmiyyətə faydalı fərdlər yetiştirmək.
- Sağlam Həyat Tərzi: Zərərli vərdişlərə qarşı maarifləndirici layihələr (“Sağlam gələcək sağlam gənclik ilə gələcək”) və mütəxəssislərlə görüşlər təşkil etmək.
- Vətənpərvərlik Tərbiyəsi: Tarixi günlərin qeyd olunması, Milli Qəhrəmanlarımızla görüşlər və dəyirmi masalar vasitəsilə milli ruhu yüksəltmək.
TGT-yə Üzv Olmaq Sənə Nə Qazandıracaq?
TGT sıradan bir təşkilat deyil, sənin gələcək karyeranın və şəxsi inkişafının bünövrəsidir. Bizə qoşulmaqla sən nə əldə edəcəksən?
- İntellektual və Yaradıcı İnkişaf: “Bilik kuboku”, “Mən bacarıram”, “Qızıl əllər” sərgisi kimi layihələrdə öz istedadını və rəssamlıq/əl işi bacarıqlarını göstərə biləcəksən.
- Könüllülük və Liderlik Təcrübəsi: Qış və Yaz Könüllülük məktəblərində, “Bir Tələbə Könüllü” proqramında, eləcə də ölkə və beynəlxalq səviyyəli böyük tədbirlərdə (Formula-1, İslam Həmrəyliyi Oyunları və s.) könüllü olaraq liderlik və komanda işi bacarıqlarını inkişaf etdirəcəksən.
- Sertifikat və Mükafatlar: Uğurlu fəaliyyətinə görə Rektorluq, Gənclər və İdman Nazirliyi və ATGTİ tərəfindən Fəxri Fərmanlar, sertifikatlar və dəyərli hədiyyələr qazanacaqsan. (Qeyd: Təşkilatımız 2024-cü ildə ATGTİ-nin “Ağ Çinar” mükafatına layiq görülmüşdür!)
- Əyləncə və Şəbəkə (Networking): Ekskursiyalar, muzey gəzintiləri, əyləncəli konsertlər və yeni dostluqlar sənə unudulmaz tələbəlik illəri bəxş edəcək.
Sən də Ailəmizə Qoşul!
Özünə güvənini artırmaq, liderlik bacarıqlarını üzə çıxarmaq və universitet illərini sadəcə oxumaqla deyil, iz qoyaraq yaşamaq istəyirsənsə — GDU TGT səni gözləyir!
Uğura gedən yolda ilk addımını bizimlə at!
