TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN SƏDRİ

Qəlbinur Bayram oğlu Yusifli -20 yanvar 2006-cı ildə Bərdə rayonunda anadan olmuşdur. 2012-2023-cü ildə Bərdə rayonunda yerləşən Laçın rayon İsrafil Şahverdiyev adına Ağanus kənd tam orta məktəbinə təhsil almışdır. Məktəbdə təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmiş və məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif olunmuşdur. Həmçinin idmanda aktiv olduğu üçün Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən sertifikatla təltif olunmuşdur. 2023-cü ildə Gəncə Dövlət Univeristetinin “Marketinq” ixtisasına qəbul olmuşdur. 2 fevral 2025-ci il “Gənclər günü” münasibətilə Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən “İlin tələbəsi” nominasiyası ilə təltif edilmişdir. Universitetdə oxuduğu müddətdə elmi və ictimai işlərdə fəaliyyətlə məşğul olur. Univeristet həyatında fəal tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi fəaliyyət göstərir və tələbələrin elmi fəaliyyətə cəlb olunması, elmi tədbirin təşkili, konfrans və müzakirələrin keçirilməsi,elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır. Həmçinin univeristet üzrə Tələbə Gənclər Təşkilatında İctimaiyyətlə əlaqələr üzrə sədr müavini kimidə fəaliyyət göstərir.

MÜAVİN

Şikar Samir oğlu Abdullayev-29 iyul 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur.2013-2024-cü illərdə Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbə təhsil almışdır. Məktəbdə olduğu müddətdə muxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2024-cü ildə Gəncə Dövlət Universitetinin “Turizm bələdçiliyi” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə fəal tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Həmkərlar İttifaqı Komitəsinin 1-ci müavini kimi fəaliyyət göstərir və tələbələrin elmi cəmiyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

MÜAVİN

Rübail Səyavuş oğlu Quluyev– 5 mart 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2014-2025-ci illərdə Beyləqan rayon Xocavənd qəsəbəsi Salakətin kənd tam orta məktəbində təhsil almışdır. Məktəbdə olduğu müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2025-ci ildə Gəncə Dövlət Universitetinin “Biznesin idarə olunması” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə fəal tələbə kimi müxətlif seminar, tədbir və layhilərdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin 2-ci müavini kimi fəaliyət göstərir və tələbələrin elmi cəmiyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

MÜAVİN

Nicat Rəşad oğlu İmanov– 7 Avqust 2008-ci ildə Ukraynada Dnapropetrovski şəhərində anadan olmuşdur. 2014-cü ildə Samux rayon Çobanabdallı kənd H.Zərdabi adına tam orta məktəbə daxil olmuş və 2018-ci ildə Samux rayon S.Əliyev adına 2 saylı tam orta məkətəbi bitirmişdir. Məktəblərdə oxuduğu müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2025-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə fəal tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin 3-cü müavini kimi fəaliyyət göstərir və tələbələrin elmi cəmiyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) — Tələbə Həyatınızın Dəstək Mərkəzi!

Tələbəlik illəri yalnız mühazirələrdən və imtahanlardan ibarət deyil. Bu dövr həm də özünü kəşf etmək, hüquqlarını qorumaq, yeni dostluqlar qurmaq və unudulmaz xatirələr toplamaq vaxtıdır. Tələbə Həmkarlar İttifaqı Komitəsi olaraq biz bütün bu prosesdə sizin ən yaxın köməkçiniz və dayağınızığıq!

Məqsədimiz tələbələrin sosial-hüquqi mənafelərini qorumaq, akademik və şəxsi inkişafları üçün sağlam, bərabər və hərtərəfli imkanlar yaradan bir mühit formalaşdırmaqdır.

Fəaliyyətimiz və Əsas İstiqamətlərimiz:

  • Hüquqi və Sosial Dəstək: Tələbələrin hüquqlarının qorunması, ehtiyacı olan tələbələrə sosial yardım və güzəştlərin göstərilməsi.
  • Təşkilatçılıq və Tədbirlər: Universitet daxilində və xaricində elmi, mədəni, kütləvi və idman tədbirlərinin, yarışların təşkili.
  • Liderlik və Asudə Vaxt: Tələbələrin asudə vaxtlarının səmərəli təşkili, intellektual oyunlar, ekskursiyalar və düşərgələrin keçirilməsi.

Bizə qoşulmaq sizə nə vəd edir?

THİK ailəsinə qoşulmaqla siz yalnız bir təşkilatın üzvü olmursunuz, həm də gələcək karyeranız üçün böyük zəmin yaradırsınız:

  • Təşkilatçılıq və Liderlik Bacarıqları: Layihələrin idarə olunmasında bilavasitə iştirak edərək təcrübə qazanırsınız.
  • Geniş Əlaqələr (Networking): Müxtəlif ixtisaslardan olan fəal tələbələrlə tanış olmaq və komanda ruhunu hiss etmək imkanı.
  • Səsinizin Eşidilməsi: Universitet həyatında təklif və ideyalarınızı gerçəkləşdirmək üçün real platforma.
  • Aktiv Vətəndaş Mövqeyi: Problemlərin həllində söz sahibi olmaq və tələbə cəmiyyətinə fayda vermək şansı.

THİK tələbənin hüququ, gücü və unudulmaz tələbəlik illərinin təminatçısıdır! Bizimlə birgə addımlayın, tələbəlik illərinizi daha rəngarəng edin!