TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN SƏDRİ

Güləsər Mircamal qızı Musayeva – 28 mart 2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2013-cü ildə Gəncə şəhərində yerləşən Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbə daxil olmuş və 2024-cü ildə həmin məktəbi uğurla bitirmişdir. Məktəbdə təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir.
2024-cü ildə Gəncə Dövlət Universitetinin “Turizm işinin təşkili” ixtisasına qəbul olmuş və hazırda bu ixtisas üzrə təhsil alır. Universitetdə oxuduğu müddətdə elmi fəaliyyətlə məşğul olur. Universitet həyatında aktiv tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərir və tələbələrin elmi fəaliyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

KATİB

Elməddin Niyaməddin oğlu Nəsirov– 03 oktyabr 2006-cı ildə Füzuli rayon Əhmədbəyli kəndində anadan olmuşdur. 2013-cü ildə Füzuli rayon Əhmədbəyli kəndində yerləşən M.əsadov adına tam orta məktəbə daxil olmuş və 2024-cü ildə həmin məktəbiuğurla bitirmişdir. Məktəbdə olduğu müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir.
2024-cü ildə Gəncə Dövlət Universitetinin “Turizm işinin təşkili”ixtisasına qəbul olmuş və hazırda bu ixtisas üzrə təhsil alır. Universitetdə oxuduğu müddətdə elmi fəaliyyətlə məşğul olur. Universitet həyatında aktiv tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Elmi Cəmiyyətinin katibi kimi fəaliyyət göstərir və tələbələrin elmi cəmiyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

BİRİNCİ DƏRƏCƏLİ SƏDR MÜAVİNİ

Xədicə Səbuhi qızı Musayeva – 26 may 2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhərində yerləşən İsmət Qayıbov adına tam orta məktəbə daxil olmuş və 2025-ci ildə həmin məktəbi uğurla bitirmişdir. Məktəbdə olduğu müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2025- ci ildə Gəncə Dövlət Universitetinin “Mühasibat” ixtisasına qəbul olmuş və hazırda bu ixtisas üzrə təhsil alır. Universitetdə oxuduğu müddətdə elmi fəaliyyətlə məşğul olur. Universitet həyatında aktiv tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Elmi Cəmiyyətinin birinci dərəcəli sədr müavini kimi fəaliyyət göstərir və tələbələrin elmi cəmiyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

İKİNCİ DƏRƏCƏLİ SƏDR MÜAVİNİ

Faxrəddin Zaur oğlu Qarayev – 21 sentyabr 2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhərində yerləşən Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbə daxil olmuş və 2025-cü ildə həmin məktəbi uğurla bitirmişdir. Məktəbdə təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2025-cü ildə Gəncə Dövlət Universitetinin “Dövlət və bələdiyənin idarə edilməsi” ixtisasına qəbul olmuş və hazırda bu ixtisas üzrə təhsil alır. Universitetdə oxuduğu müddətdə elmi fəaliyyətlə məşğul olur. Universitet həyatında aktiv tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Elmi Cəmiyyətinin ikinci dərəcəli sədr müavini kimi fəaliyyət göstərir və tələbələrin elmi fəaliyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.

ÜZVLƏR ÜZRƏ MƏSUL ŞƏXS

Nigar Bəxtiyar qızı Salahova – 3 dekabr 2007-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2015-ci ildə Bakı şəhərində yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbə daxil olmuş, 2020-ci ildə Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbdə təhsilini davam etdirmiş, həmin məktəbi uğurla bitirmişdir. Məktəbdə təhsil aldığı müddətdə müxtəlif tədbirlərdə və ictimai fəaliyyətlərdə fəal iştirak etmişdir. 2025-ci ildə Gəncə Dövlət Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olmuş və hazırda bu ixtisas üzrə təhsil alır. Universitetdə oxuduğu müddətdə elmi fəaliyyətlə məşğul olur. Universitet həyatında aktiv tələbə kimi müxtəlif seminar, tədbir və layihələrdə iştirak edir,təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirir. Hazırda fakültədə Tələbə Elmi Cəmiyyətində Üzvlər üzrə məsul şəxs kimi fəaliyyət göstərir və tələbələrin elmi fəaliyyətə cəlb olunması, elmi tədbirlərin təşkili, konfrans və müzakirələrin keçirilməsi, elmi mühitin inkişafı istiqamətində aktiv rol oynayır.


Tələbə Elmi Cəmiyyəti — universitetimizdə elmi araşdırmalara marağı olan, yenilik axtaran və özünü akademik sahədə sınamaq istəyən tələbələri bir araya gətirən əsas platformadır. Bizim əsas məqsədimiz nəzəriyyədən kənara çıxaraq, tələbələrin biliklərini təcrübədə tətbiq etməsinə, elmi məqalələr hazırlamasına və ideyalarını real layihələrə çevirməsinə dəstək olmaqdır.
Biz nə edirik?
Elmi konfrans və panellər: Tələbələrimizin hazırladığı araşdırmaları təqdim etməsi üçün konfranslar təşkil edirik.
Praktik təlimlər: Akademik yazı qaydaları, tədqiqat metodları və təqdimat bacarıqları üzrə ustad dərsləri və görüşlər keçiririk.
İntellektual layihələr: Elmi sadəcə nəzəriyyə olaraq deyil, həm də maraqlı interaktiv yarışlar, debatlar və komanda oyunları ilə zənginləşdiririk.
Şəbəkələşmə: Müxtəlif ixtisaslardan olan tədqiqatçı tələbələri bir araya gətirərək birgə layihələr işləmələrinə şərait yaradırıq.
TEC sizə nə qazandırır?
Burada qazandığınız təcrübə sizə yalnız təhsil aldığınız illərdə deyil, gələcək karyeranızda və akademik pillələrdə bir addım öndə olmaq imkanı verir. Əgər siz də elmin maraqlı dünyasına qoşulmaq və öz portfolionuzu zənginləşdirmək istəyirsinizsə, TEC komandasının bir hissəsi ola bilərsiniz.