TURİZM KLUBU
TURİZM KLUBUNUN SƏDRİ

Azər Ceyhun oğlu Cəfərli– 13 sentyabr 2006-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2013-2024-cü ildə Gədəbəy rayon Samanlıq kənd tam orta məktəbində orta təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Turizm işinin təşkili” ixtisasına qəbul olmuşdur. Fakültə daxilində fəallığına görə Rəşad Zeynalov tərəfindən “İlin TGT fəalı” nominasiyası üzrə təltif olunmuşdur. 2025-ci ildə Azad Tələbə Həmkarlar İttifaqının fakültə üzrə sədr müavini kimi fəaliyyət göstərmişdir. Hazırda Turizm klubunun sədridir.
KATİB

Arzu Məcid qızı Mirzəyeva – 27 aprel 2007 ci ildə Qax rayonu Qıpçaq kəndində anadan olmuşdur. 2013-2024 cü ildə Laçın rayonu Oğuldərə kənd tam orta məktəbində orta təhsil almışdır. 2024 cü ildə Gəncə Dövlət Universitetinin ” İqtisadiyyat və idarəetmə fakültəsinin ” Biznesin idarə edilməsi ” ixtisasına qəbul olmuşdur. Universitetdə göstərdiyi fəallığa görə bir çox sertifikat almışdır. 2026-cı ildən Turizm klubunda Katib vəzifəsinə təyin olunmuşdur.
LAYİHƏLƏR VƏ İNKİŞAF ÜZRƏ SƏDR MÜAVİNİ

Aysel Xudaverdi qızı İsmayılova – 02 noyabr 2003-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. 2009-2020-ci illərdə Bərdə şəhərində tam orta təhsil almışdır. 2022-2025-ci illərdə Ağdam Dövlət Sosial-İqtisadi kollecində Təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Menecment ixtisasına qəbul olmuşdur. 2026-cı ildə Turizm Klubunda Layihələr və inkişaf üzrə Sədr müavini təyin edilmişdir.
İCRA VƏ TƏŞKİLATİ MƏSƏLƏLƏR ÜZRƏ SƏDR MÜAVİNİ

Aysu İman qızı Sədirova – 06 iyun 2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-2025-ci ildə Goranboy rayon Aşağı Ağcakənd məktəbində tam orta təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddətdə fəallığı ilə seçilmişdir. 2026-cı ildə Turizm Klubuna İcra və Təşkilati məsələlər üzrə Sədr müavini təyin edilmişdir.
MEDİA VƏ İCMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ SƏDR MÜAVİNİ

Maya Ruslan qızı Abbasova – 21 fevral 2007-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2012-2023-cü illərdə Bərdə şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2023-2025-ci illərdə Gəncə Dövlət Universiteti nəzdində Regional kollecdə təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. Universitetdə aktiv fəaliyyətləri ilə seçilən Maya Turizm Klubunda Media və ictimaiyyətlə əlaqələr üzrə Sədr müavini seçilmişdir.
TƏDBİRLƏR ÜZRƏ KOORDİNATOR

Selcan Ramil qızı Əhmədova– 20 may 2000-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2006–2017-ci illərdə Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2024-cü ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Biznesin idarə edilməsi ixtisasına qəbul olmuşdur. 2026-cı ildə Turizm klubunda Tədbirlər üzrə koordinator vəzifəsinə təyin edilmişdir.
LAYİHƏLƏR ÜZRƏ KOORDİNATOR

Gülyanura Anar qızı Əsgərova -18 mart 2008-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 2014-2025-ci ildə Tovuz rayon Aşağı-quşçu kəndinin 1N tam orta məktəbində təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olmuşdur. Göstərdiyi aktivliyə görə həm məktəb, həm də uiversitet dövründə bir çox sertifikat və təşəkkürnamə ilə təltif olunmuşdur. 2026-cı ildə Turizm Klubunda Layihələr üzrə koordinator təyin edilmişdir.
LAYİHƏLƏR ÜZRƏ KOORDİNATOR

Nigar Bilal qızı Mehdiyeva – 21 oktybar 2007-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2014-2025 ci ildə Gədəbəy rayon Nizami Gəncəvi adına tam orta məktəbində təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Dövlət və Bələdiyyə idarəetməsi ixtisasına qəbul olmuşdur. 2026-cı ildə Turizm klubunda Layihələr üzrə koordinator vəzifəsinə seçilmişdir.
TƏDBİRLƏR ÜZRƏ KOORDİNATOR

Solmaz Malik qızı Novruzova -2 avqust 2007-ci ildə Bakı şəhəri Nizami rayonununda anadan olmuşdur. 2013-2024 ci ildə Zəngilan rayonu 29 nömrəli məktəbində orta təhsil almışdır. 2024-ci ildə Gəncə Dövlət Universtetinin “İqtisadiyyat və idarəetmə“ fakültəsinin “Turizm işinin təşkili” ixtisasına qəbul olmuşdur. Fakültə daxilində fəallığına görə Rektor tərəfindən Fəxri Fərman verilmişdir və universitet daxilində bir çox sertifkatlar almışdır. Həmçinin fakültə tədbirlərində qəqs səhnələrində fəallıq göstərmişdir. 2026-cı ildən Turizm klubunda Tədbirlər üzrə koordinator vəzifəsində çalışır.
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ MEDİA ÜZRƏ KOORDİNATOR

Turqay Mehralı oğlu Mehralıyev – 13 fevral 2006-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 2009-2020-ci illərdə Cəbrayıl adına 14 saylı tam orta məktəbdə təhsil almışdır. 2024-cü ildə Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat ixtisasına qəbul olmuşdur. Fakültə daxilində aktiv fəaliyyəti ilə seçilən Turqay Turizm Klubunda İctimaiyyətlə əlaqələr və Media üzrə koordinator təyin edilmişdir.
SOSİAL MEDİA MARKETİNQ RƏHBƏRİ

Şəfiqə Elnur qızı Məmmədova – 29 avqust 2008-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-2025-ci illərdə M.Ə.Sabir adına 1 nömrəli məktəb liseydə tam orta təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Marketinq ixtisasına qəbul olmuşdur. Tədris müddətində SMM sahəsində bacarığına əsasən 2026-cı ildə Turizm klubunda SMM Rəhbəri təyin edilmişdir.
TƏLİMÇİ

Nərmin Bəylər qızı Qasımova – 26 may 2008-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2014-2025-ci ildə Beyləqan rayonu Bolsulu qəsəbəsi Akif Cavadov adına tam orta məktəbində təhsil almışdır. 2025-ci ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Turizm işinin təşkili ixtisasına qəbul olmuşdur. Universitet daxilində keçirilən Bilik yarışında ikinci yerə layiq görülmüş və Fakültə dekanlığı tərəfindən Fəxri Fərman ilə təltif olunmuşdur. Seminar dərslərində fəallığı ilə seçilən Nərmin 2026-cı ildən Turizm klubunda Təlimçi vəzifəsində fəaliyyət göstərir.



Turizm Klubu– universitetimizdə turizm sahəsinə maraq göstərən, yeni bilik və təcrübələr qazanmaq, Azərbaycanın turizm potensialını daha yaxından tanımaq və bu sahədə özünü inkişaf etdirmək istəyən tələbələri bir araya gətirən tələbə təşkilatıdır. Klubun fəaliyyəti tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla zənginləşdirilməsinə, onların yaradıcı təşəbbüslərinin dəstəklənməsinə və gələcək peşə fəaliyyətinə hazırlanmasına xidmət edir.
Fəaliyyət istiqamətlərimiz:
Maarifləndirici tədbirlər: Turizm, qonaqpərvərlik, bələdçilik, hotelçilik və digər əlaqəli mövzular üzrə seminarlar, təlimlər və görüşlər təşkil edirik.
Ekskursiyalar və tur proqramları: Tarixi, mədəni və təbii turizm məkanlarına səfərlər təşkil etməklə iştirakçıların həm nəzəri biliklərini möhkəmləndirir, həm də praktik təcrübə qazanmalarına şərait yaradırıq.
Layihələr və sosial təşəbbüslər: Turizm sahəsinin inkişafına töhfə verən layihələr həyata keçirir, tələbələrin ideyalarının reallaşdırılmasına dəstək göstəririk.
Peşəkar inkişaf: Üzvlərimizin təşkilatçılıq, liderlik, ünsiyyət, komanda ilə işləmək və tədbirlərin idarə olunması bacarıqlarını inkişaf etdirməyə yönəlmiş fəaliyyətlər həyata keçiririk.
Əməkdaşlıq imkanları: Dövlət qurumları, turizm şirkətləri, otellər və digər tərəfdaşlarla əməkdaşlıq edərək tələbələrin təcrübə və inkişaf imkanlarını genişləndiririk.
Turizm Klubunun üzvü olmaq sizə nə qazandıracaq?
Turizm Klubunda fəaliyyət göstərmək sizə universitet həyatını daha məhsuldar keçirmək, yeni dostluqlar qurmaq, peşəkar mühitlə tanış olmaq və gələcək karyeranız üçün vacib təcrübə toplamaq imkanı yaradır. Klub çərçivəsində keçirilən tədbirlər və layihələr sayəsində siz turizm sahəsində biliklərinizi artıracaq, təşkilatçılıq və liderlik bacarıqlarınızı inkişaf etdirəcək, həmçinin müxtəlif layihələrdə fəal iştirak etməklə potensialınızı zənginləşdirəcəksiniz.
Gələcəyini turizm sahəsində görən, öyrənməyi, araşdırmağı və yeni təcrübələr qazanmağı sevən hər bir tələbəni Turizm Klubunun sıralarında görməkdən məmnun olarıq.
