YENİ AZƏRBAYCAN PARTİYASI

YENİ AZƏRBAYCAN PARTİYASININ SƏDRİ

Zərifə İsa qızı Mənafova – 3 dekabr 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 2024-cü ildə Gəncə şəhərində yerləşən 21 nömrəli tam orta məktəbdə başa vurmuşdur. Elə həmin ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisasına qəbul olmuşdur. Təhsil aldığı müddət ərzində ictimai fəallığı və təşkilatçılıq bacarığı ilə seçilmiş, müxtəlif könüllülük və ictimai fəaliyyətlərdə aktiv iştirak etmişdir. 2025-ci ildə Synergia Academy tərəfindən təşkil olunan könüllülük proqramında iştirak etmiş, eyni zamanda Turizm Könüllüləri Təşkilatının üzvü olmuşdur. Gəncə şəhəri üzrə keçirilən seçim mərhələsində ilk 10 nəfər arasında yer almışdır. O, Regional İnkişaf İctimai Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının fakültə üzrə sədri, həmçinin Gəncə Regional Debat Mərkəzinin YAP üzrə sədri kimi fəaliyyət göstərmişdir. Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən intellektual yarışlarda bacarıq pilləsi üzrə birinci yerə layiq görülmüşdür. Bundan əlavə, Əbədi Birlik Təşkilatının üzvü və Global Olympic Center-in könüllüsü kimi də fəaliyyət göstərmişdir. İctimai və elmi fəaliyyəti müxtəlif sertifikatlarla təltif olunmuşdur. Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş məqaləyə görə sertifikat almış, debat ictimai birliklərindəki uğurlu çıxışlarına və iştirakına görə sertifikatlara layiq görülmüşdür. Həmçinin Global Olympic Center-də könüllü fəaliyyətinə, Tələbə Gənclər Təşkilatı çərçivəsində əldə etdiyi nəticələrə görə sertifikat və mükafatlarla təltif edilmişdir.