3-cü kurs Maliyyə ixtisasının körpələr evinə ziyarəti

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri daima cəmiyyətə kömək etmək istəklərini reallaşdırmağa çalışmışdırlar. 3-cü kurs Maliyyə ixtisasının tələbələri öz təşəbbüsləri əsasında körpələr evinə ziyarət etmişdirlər. Beləki, onlar asudə vaxtlarının bir hissəsini körpələri sevindirməyə həsr etmişdirlər. Bizdə, fakültəmiz adından tələbələrimizə təşəkkür edir və daima bu kimi təşəbbüslərinə dəstək olduğumuzu bildiririk.