Tələbə Elmi Cəmiyyəti
Gəncə Dövlət Universiteti , “ İqtisadiyyat və idarəetmə “fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri baş müəllimi R . Abbasov
Məlumdur ki, “ İqtisadiyyat və idarəetmə “ fakültəsində tələbələrin elmi dünyagörüşlərinin artırılması öndə duran məsələlərdənir. Fakultə daxilində fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti də bu səpgidə görülən işlərə yaxından kömək edir. Hər tədris ilində olduğu kimi cari tədris ilində də TEC – in iş planı və tələbələrlə əlaqələrin gücləndirilməsi kimi məsələlərin həllinə baxılmışdır. 2016/2017 ilində də TEC tələbələrdə elmə olan maragı , münasibəti yaxşı istiqamətdə dəyişməyi qarşısında əsas məqsəd kimi qoymuşdur. TEC-in qəbul edilmiş iş planında gələcək dövrlərdə görüləcək işlərin siyahısı , təşkili vaxtları göstərilmişdir.
Qeyd etməliyik ki, TEC hər birinci və ikinci yarımildə fakültə elmi şurasına hesabat verir. Hesabatda tələbə və magistrantlar ilə elmi rəhbərləri arasında aktiv iş mühitinin yaradılması , həmçinin onların elmi tədqiqat işlərinin seçilməsinə nəzarət etmək, bu sahədə elmi- tədqiqat işlərinə rəhbərlik edənlərlə müzakirələr aparmaq , fakültə TEC üzvləri ilə müntəzəm elmi seminarlar keçirmək , fakültə daxili və fakültə xarici müxtəlif müntəzəm bilik yarışlarını keçirmək , planlaşdırılmış işlər və onların icrasına nəzarət etmək kimi məsələlər açıqlanmışdır.
Hamıya məlumdur ki, TEC –in əsas vəzifələrindən biri tələbələrin elmi tədqiqat işlərinin üzə çıxarılmasını təmin etməkdən ibarətdir. 2016/2017 cü tədris ilində universitetimizdə keçirilmiş elmi konfransında fakultəmizin 3 tələbəsi yüksək yerlərə layiq görülmüşdür. Iki tələbəmiz ikinci yeri, bir tələbəmiz isə üçüncü yeri tutmuşdur. Onların elmi məqalələri Universitetin nəzdində nəşr edilmiş tələbə və magistrantların elmi məqalələri toplusunda dərc olunmuşdur. Cari tədris llində də fakültənin tərkibində tələbələrin elmi məqalələrinin siyahısı ,elmi rəhbərləri, seçdikləri mövzular müəyyənləşdirilmiş və TEC – ə təqdim edilmişdir. Bu istiqamətdə fakültədə elmi seminarlar təşkil edilmişdir. Burada prof. D.İsayevin, dos. M. Məmmədovun, Z Abbasovun, O. Məmmədovun, Y. Abbasovun, Ş. Xurşudovun və digər müəllimlərin rəhbərlik etdikləri tələbələr fəallıqları ilə seçilmişlər.
Fakültə Tələbə Elmi Cəmiyyətinin yerinə yetirdiyi işlər sırasında Universitet və fakültə daxilində həyata keçirilən ( bu yarışlar hər il həyata keçirilir.) ixtisas bilik yarışlarının böyük önəmi vardır. Keçirilən bilik yarışlarında əsas məqsəd tələbələrin elmə olan münasibətlərini bir daha dəyişmək olmuşdur.Belə ki,keçirilmiş bilik yarışında fakultənin ən bilikli tələbələri yüksək yerlərə layiq görülmüşdür. Onlara mükafatlar və diplomlar təltif olunmuşdur.
2016/2017 – ci tədris ilində də tələbələrimiz Respublikada keçirilən “Vergi” olimpiadasında iştirak etmişlər.Tələbələrimizin orada göstərdikləi nəticələr əvvəlki illərə görə daha yaxşı olmuşdur.
Cari tədris ilində də tələbələrimiz yenə müxtəlif bilik yarışlarında öz biliklərini nümayiş etdirmişlər. Onlara nümunə olaraq “ Xəmsə”, “Mən Azərbaycanlıyam” kimi televerlişlərini göstərmək olar.
2016 – cü ildə də fakültədə TEC-in növbəti yığıncağı olmuşdur. 2016 –cı il oktyabr ayında keçirilən iclasın gündəlik məsələlərindən biri TEC – in gələcək fəaliyyəti, qarşıda duran vəzifələr və onların həlli istiqamətlərindən ibarət olmuşdur.. İclasda TEC – in iş planının geniş-ləndirilməsi istiqamətində müxtəlif fikirlər irəli sürüldü
Bu gunlərdə fakültə TEC-i öz işini davam etdirməkdədir.
Gəncə Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi
Tələbə Elmi Cəmiyyətinin 2016/2017 – ci illər üçün
İŞ PLANI
Sıra № si | Görüləcək işlərin qısa məzmunu | Icra vaxtı | Icraya məsul şəxs |
1. | 2. | 3. | 4. |
1. | Fakültə üzrə TEC – in yeni heyətinin seçkisi
|
noyabr 2016 | Fakultə dekanı , fak. TEC -in sədri |
2. | Fakultənin İqtisadiyyat və İdarəetmə kafedralarını TEC xətti ilə aparılan işlərə cəlb edilməsinin gücləndiril-məsi | Oktyabr 2016 | Fak. Elmi şurası,TEC sədri |
3. | Tələbə və magistrantlar ilə onların rəhbərləri arasında elmi aktiv iş mühitini genişləndirmək | Il ərzində | Kaf . müdirləri, fakultə TEC sədri , elmi rəhbərlər |
4. | Tələbə və magistrlərin , gənc tədqiqatçıların elmi- tədqiqat işlərinin və onların rəhbərlərinin müəyyənləşdirilməsi və onların gedişatına nəzarət etmək | Noyabr – Dekabr
2016 |
Kaf . müdirləri, fakultə TEC sədri , elmi rəhbərlər, TEC –in üzvləri |
5. | Tələbələrin elmi məqalələrinin ha- zırlanmmasında onlara yaxından kömək etmək və həmin məqalələrin gənc tədqiqatçıların elmi məqalələri toplusunda nəşrinə nail olmaq | Dekabr 2016,
Aprel 2017 |
Universitet TEC nin sədri, elmi hissə , TEC sədri |
6. | Universitet və fakultə daxilində konfranslar təşkil etmək, rayon, şəhər və Respublika daxillində keçiriləcək elmi konfraslarda iştirak etmək | Il ərzində, (mart 2017-ci ildə ) | TEC –in üzvləri,
TEC sədri, elmi hissə |
7. | Fakutə daxilində və Universitet səviyyəsində keçiriləcək bilik yarışlarını, olimpiadaları təşkil etmək və orada yaxşı təmsil olunmaq | Aprel – May 2017 | TEC sədri, TEC –in üzvləri, fak. Dekanlığı |
8. | Fakultə TEC – nin iştirakı ilə daim elmi seminarlar keçirmək | Hər tədris ilinin I və II yarısında azı bir dəfə | Kafedralar, TEC sədri |
9. | TEC –in fəaliyyəti barədə fakultə dekanlığına , Universitet TEC – nin sədrinə müntəzəm hesabat vermək | Dekabr – yanvar 2017, may – iyun 2017 | TEC –in üzvləri,
TEC üzvləri |
İqtisadiyyat və İdarəetmə fakültəsininTələbə Elmi Cəmiyyətinin sədri R.Abbasov və fakültəmizin tələbələrini Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən X Ümumrespublika vergi olimpiadasında iştirak etmişlər.
İqtisadiyyat və İdarəetmə fakültəsinin baş müəllimi R.Abbasovun Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “X Ümumrespublika vergi olimpiadası”na dair
H e s a b a t ı.
Məlumdur ki, Gəncə Dövlət Universiteti tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi yönümdə yaxından iştirak edir.Bu məqsədlə tələbələrimiz onlarda elmi-ümumdünya görüşünün artıırlması istiqamətində ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə iştirak edirlər. 16 Fevral 2016-cı il tarixdə Ümumilliderimiz H.Əliyevin ildönümünə həsr olunmuş Bakı şəhərində baş tutan “Tələbə və magistrantların X Ümumrespublika vergi olimpiadası da bu tədbirlərdən biri hesab olunur. Gəncə Dövlət Universitetinin tələbələri də bu tədbirdə yaxından iştirak etmişlər.Mən İqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi Abbasov Rafiq Vahid oğlu tələbələrimizin bu yarışda təmsil olunaraq iştirak etməsində rəhbər müəlim kimi birbaşa əlaqəli olmuşam.Hər il olduğu kimi ənənəvi şəkildə keçirilən bu bilik olimpiadasında universitetimizin bakalavr pilləsinin tələbələri öz biliklərini sınamışlar. 200-ə yaxın tələbənin iştirak etdiyi bu yarışmada tələbələrimiz mümkün 100% göstəricinin müvafiq nəticələrini əldə etmişlər.
Hüseynli Nüşabə Malik qızı.(47,27%)
Hüseynov Rahib Tofiq oğlu.(47,27%)
Səfərov Elvar Mütəllim oğlu.(42,73%)
İbrahimov Şamil Araz oğlu.(33.64%)
Namazova Fidan Hamlet qızı.(32,73%)
Bütün bunlara rəğmən söyləyə bilərik ki, tələbələrimizin göstəriciləri urəkaçan deyil. Lakin bu yarışmada təmsil olunan universitetimizin tələbələri ümüdvarıq ki, gələcəkdə müsbət nəticələr əldə edəcəklər.Bu istiqamətdə onlarla cox ciddi şəklidə məşğul olacağam.