Kateqoriya Arxivləri: Kafedralar

Fakültəmizdə “Azərbaycan Respublikasında 2026–2030-cu illərdə turizmin inkişafı: dövlət siyasəti və strateji prioritetlər” mövzusunda elmi seminar keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Menecment və turizm işi kafedrasının təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda fakültə dekanı dosent Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri dosetn Zakir Əhmədov, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, İqtisad elmləri doktoru, professor Xədicə Məmmədova, İqtisad elmləri üzrə […]

Davamı

Müəllimlərimizin Beynəlxalq Elmi uğurları davam edir: Baş müəllim Fuad Abbasov Beynəlxalq Simpoziumda çıxış edib

Müəllimlərimizin elmi potensialının artırılması, onların daim öz üzərilərində çalışması və elmi-tədqiqat fəaliyyətlərini beynəlxalq səviyyədə uğurla təbliğ etməsi fakültəmizin əsas prioritetlərindəndir. Peşəkar yanaşması, gərgin elmi axtarışları və ardıcıl fəaliyyəti ilə hər zaman seçilən tədqiqatçılarımızın bu cür nüfuzlu tədbirlərdə uğur qazanması qürurvericidir. 26–28 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Diyarbəkir şəhərində Dicle Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsi […]

Davamı

İdarəetmə kafedrasının növbəti iclası keçirilib

29 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İdarəetmə kafedrasının növbəti iclası keçirilib. Kafedra müdirinin sədrliyi ilə baş tutan iclasda fəaliyyət planına uyğun olaraq tədris, kadr və elmi-tədqiqat məsələlərini əhatə edən vacib mövzular müzakirə olunub. İclasın gündəliyinə uyğun olaraq, ilk öncə kafedranın müəllimi Lamiə Babayevanın “Biznesin idarə edilməsi” ixtisasının II kursunda “Firmanın idarə edilməsi” fənni […]

Davamı

İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın elmi-nəzəri seminarı maraqla qarşılanıb

Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması və aktuallıq kəsb edən iqtisadi məsələlərin müzakirəsi məqsədilə növbəti elmi-nəzəri seminar baş tutub. İqtisadiyyat və idarəetmə fakültəsində İqtisadiyyat kafedrasının müəllimi Lalə Hüseynovanın təqdimatında keçirilən seminar “Aqrar sahədə marketinqdən səmərəli istifadə yolları” mövzusuna həsr olunub. Seminarda fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsi Elmi Şurasının növbəti iclas keçirilib

28 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Fakültə rəhbərliyinin və Elmi Şura üzvlərinin iştirak etdiyi iclasda tədris və elmi-tədqiqat prosesinin keyfiyyətinin artırılmasına yönəlmiş vacib məsələlər müzakirə olunub. İclasın gündəliyinə uyğun olaraq aşağıdakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib: Müzakirələrdən sonra […]

Davamı

İqtisadiyyat və idarəetmə fakültəsi dahi Nizaminin 885 illik yubileyinə həsr olunmuş möhtəşəm elmi-bədii tədbir keçirdi

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) və Nizami Gəncəvi Muzeyinin birgə təşkilatçılığı ilə Şərq renesansının nəhəng siması, dahi şair Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş zəngin məzmunlu elmi-bədii tədbir keçirilib. Tədbirdə Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Mədəni İrsin […]

Davamı

Məhərrəm Babayevin təqdimatında: Sosial media reklamlarının incəlikləri tələbələrə izah olundu

Fakültəmizdə tədrisin keyfiyyətinin artırılması, müasir trendlərin tələbələrə çatdırılması və təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə növbəti açıq dərs təşkil olunub. Açıq dərs “Marketinq” ixtisasının IV kurs tələbələri üçün “Rəqəmsal marketinq” fənni çərçivəsində baş tutub. Dərsi Menecment və turizm işi kafedrasının müəllimi İqtisad elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Babayev tədris edib. Dərsdə Menecment və turizm işi kafedrasının […]

Davamı

“Turizm bazarının seqmentləşdirilməsi” mövzusunda baş müəllim Gülnarə Turabovanın açıq dərsi keçirilmişdir

Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnarə Turabova tərəfindən “Turizm işinin təşkili” ixtisasının III kurs tələbələrinə açıq dərs keçirilib. “Turizm marketinqi” fənni üzrə təşkil olunan dərsin mövzusu “Turizm bazarının seqmentləşdirilməsi” olub. Dərsdə Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev,  İqtisad elmləri doktoru, professor əvəzi Arzu […]

Davamı

“Statistika” fənnindən Elşad Fərzalıyevin açıq dərsi uğurla keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tədris prosesində təhsilin keyfiyyətinin artırılması və qabaqcıl pedaqoji təcrübələrin tətbiqi istiqamətində tədbirlər uğurla davam etdirilir. Növbəti belə tədbirlərdən biri İdarəetmə kafedrasının müəllimi Elşad Fərzalıyev tərəfindən keçirilən açıq dərs olmuşdur. Açıq dərs Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının II kurs tələbələrinə Statistika fənninin “Dinamika sıraları, onların növləri […]

Davamı

Menecment və turizm işi kafedrasının növbəti iclası keçirildi

23 oktyabr 2026-cı il tarixində Menecment və turizm işi kafedrasının növbəti iclası baş tutmuşdur. Gündəlikdə duran mühüm tədris, elmi və təşkilati məsələlərin geniş müzakirə olunduğu iclasda aşağıdakı qərarlar qəbul edilmiş və müvafiq işlər yekunlaşdırılmışdır: İclasda qəbul olunan qərarların tədris keyfiyyətinin daha da artırılmasına və elmi faəliyyətin səmərəliliyinə töhfə verəcəyi vurğulanmışdır.

Davamı