İdarəetmə kafedrası
Kafedra 2007-2008-ci tədris ilindən fəaliyyət göstərir. İndiyədək universitetdə fəaliyyət göstərən İqtisadiyyat kafedrasının bazasında yaradılmışdır.

Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının müdiri, dosent Afəddin Vahid oğlu Həmidov

08.1955-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Faxralı kəndində anadan olmuşdur.1972 –ci ildə Faxralı kənd orta məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Telefon: (055) 625 -36 -13 E-mail afaddin1984@mail.ru
TƏHSİL VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1972-1977 -ci illərdə S.Ağamalıoğlu adına ”Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) İqtisadiyyat fafültəsinin “Kənd təsərrüfatının iqtisadiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirərək “iqtisadçı-təşkilatçı” ixtisası almışdır.
- 1991-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
- ƏMƏK FƏALİYYƏTİ
- 1977-1978-ci illərdə Kolxozlararası kökəltmə birliyində hesablayıcı kimi çalışmışdır.
- 1978-1980-ci illərdə 1№ li Yol tikinti idarəsində hesablayıcı-xəzinədar vəzifəsində çalışıb.
- 1980-1981-ci illərdə Birləşdirilmiş doğum evində böyük mühasib işləmişdir.
- 1981-1984-cü illərdə SSRİ-nin 50-illiyi adına Alüminium zavodunda Iqtisadçı-mühəndis vəzifəsində çalışıb.
- 1984-2002 -ci illərdə Ağamalıoğlu adına”Şərəf Nişanı”ordenli AKTİ-nin K/tı istehsalının təşkili kafedrasında assistent, dosent əvəzi,dosent vəzifələrində çalışmışdır.
- 2002-2009 -cu illərdə Aqrar iqtisadiyyat və menecment fakültəsində dekan müavini vəzifəsində çalışıb.
- 2009-2012 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.
- 2012-2015 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının müdiri vəzifəsinə seçilib.
- 2015-2018 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasında dosent kimi fəaliyyət göstərib.
- 2018-2023-cü illərdə Gəncə Dövlət Universitetinin ”İqtisadiyat” kafedrasında dosent kimi fəaliyyətə başlayıb.
- 2023- cü ildən Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının müdiri vəzifəsində çalışır. 52 elmi əsərin müəllifidir. 2002-ci ildən YAP üzvüdür.