Kafedra müdiri Əli Allahverdiyev

Kafedra müdiri Əli Allahverdiyev

Əli Aydın oğlu Allaverdiyev – Menecment və turizm işi
kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
 02.01.1959 – cu ildə Gürcüstan Respublikasının Marneuli rayonun
Dəmyə – Görarxı kəndində anadan olmuşdur.
 1975-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonun Dəmyə Görarxı kənd orta məktəbini bitirmişdir.
 Telefon: 055-751-25-70
 E-mail: ali.menecer@gmail.com
 Təhsil, elmi dərəcəsi və adları:
 1980 – ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (o vaxtki D.
Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun)
Sənayenin iqtisadiyyatı fakültəsini Sənayenin planlaşdırılması ixtisası
üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
 1990 – cı ildə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru
elmi dərəcəsi almışdır.
 1996-cı ildə dosent elmi adı almışdır.
 Əmək fəaliyyəti:
 1980-1984-cü illərdə Gəncə şəhər İcraiyə Komitəsinin Şəhər Plan
Komissiyasında iqtisadçı vəzifəsində işləmişdir.
 1984-2007-ci illərdə Azərbaycan Texnologiya Universitetinin
İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi
kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində
işləmişdir.
 2007-2010-cu illər ərzində Azərbaycan Texnologiya Universitetinin
Biznesin idarə edilməsi kafedrasının, 2010-2012-ci illərdə isə
Menecment kafedrasının müdiri olmuşdur. 2012-2019-cu illərdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və
idarəetmə fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində
işləmişdir.
 2019- cu ildən Gəncə Dövlət Universitetinin Menecment və turizm işi
kafedrasının müdiridir.
Elmi əsərləri:
 45 elmi əsərin müəllifidir
Beynəlxalq və respublika simpozium və konfranslardaiştirakı:

Beynəlxalq və respublika miqyaslı konfranslarda iştirak etmişdir,
Dil bilgisi:
 Rus dili – əla, Türk dili –sərbəst, İngilis dili – orta
Partiyalığı: Yapın üzvüdür
 Təltiflər:
 “Qabaqcıl təhsil işçisi” döş nişanı
 Tədqiqat sahəsi:
 Menecment, Strateji menecment, İnsan resurslarının idarə
edilməsi