Kateqoriya Arxivləri: Kateqoriyasız

Gənc tədqiqatçılar üçün elmin qapıları açılır: Tezis yazmağın sirləri.

Gənc tədqiqatçıların elmi fəaliyyətə marağını artırmaq məqsədilə seminar keçirilib. Tələbə Elmi Cəmiyyətinin (TEC) fakültə üzrə elmi rəhbəri Könül Quliyeva və fakültə TEC sədri Güləsər Musayeva təşkilatçılığı ilə tələbələr üçün “Tezis və elmi məqalələrin hazırlanma metodikası” mövzusunda maarifləndirici təlim baş tutub. Tədbirin əsas məqsədi tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onlarda akademik yazı vərdişlərinin formalaşdırılması və beynəlxalq […]

Davamı

Keçmişdən gələcəyə: “Azərbaycanda turizmin inkişaf yolu” açıq dərsdə müzakirə olunub

Bu gün fakültəmizdə “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi Şəbnəm Məmmədovanın Turizm işinin təşkili (qrup 1) tələbələri üçün olduqca maraqlı bir açıq dərsi baş tutmuşdur. “Turizm hüququ” dərsi çərçivəsində ölkəmizdə turizmin inkişaf tarixinə və bu sahəni tənzimləyən hüquqi islahatlara nəzər salındı. Dərsdə kafedranın baş müəllimi Gülnara Turabova, müəllimlər Türkan Rzayeva, Elmira Məmmədova, Nərmin Həsənova, […]

Davamı

İlaxır çərşənbə: Baharın müjdəçisi, ümidlərin yeniləndiyi gün

Novruz bayramının ən əlamətdar mərhələlərindən biri olan İlaxır çərşənbə xalqımızın qədim adət-ənənələrini özündə yaşadan xüsusi günlərdəndir. Bu çərşənbə baharın gəlişinin müjdəçisi kimi qəbul edilir və insanların qəlbində yenilənmə, ümid və xoş niyyətlərin başlanğıcı kimi qeyd olunur.İlaxır çərşənbədə evlərdə geniş təmizlik işləri aparılır, həyətlər səliqəyə salınır, küsülülər barışır. İnsanlar köhnə ilin bütün ağırlıqlarını geridə qoyaraq yeni […]

Davamı

TEC-də seçki həyəcanı: Fakültə Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçildi

Fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni sədrinin müəyyən edilməsi məqsədilə geniş tərkibli iclas keçirilib. İclasda Elm və innovasiyalar üzrə prorektor tarix elmləri namizədi, dosent Pərvin Kərimzadə, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov İdarəetmə kafedrasının müəllimi Könül […]

Davamı

Gəncə Dövlət Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Gəncə Dövlət Universitetində Xocalı faciəsinin 34-cü ildönümünə həsr edilmiş anım tədbirindən öncə rektor Yusif Yusibov və professor-müəllim heyəti rəsm əsərlərinə və  kitablardan ibarət  guşəyə baxış keçiriblər. Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarını verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Xocalı soyqırımının dəhşətlərini özündə əks etdirən […]

Davamı

Gənc iqtisadçıların bilik sınağı: “İqtisadçı” intellektual bilik yarışı

Fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə tələbələrin iqtisadi biliklərinin artırılması, analitik düşüncə və sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə “İqtisadçı” intellektual bilik yarışı təşkil olunmuşdur. Yarışın aparcısı və təşkilatçılarından olan “İdarəetmə” kafedrasının müəllimi Yusif Bayramov iştirakçılara yarışın qaydalarını izah etmişdir. Yarış zamanı iştirakçılar iqtisadiyyatın əsas anlayışları, bazar münasibətləri, maliyyə savadlılığı və aktual iqtisadi mövzular, […]

Davamı

Fakültəmizdə Elmi Şuranın iclası keçirildi

İqtisadiyyat və idarəetmə fakültəsində 12 fevral 2026-cı  il tarixdə Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda fakültənin 2025/2026-cı tədris ilinin  qış imtahan sessiyalarının yekunları və fakültənin qarşısında duran vəzifələr,  “Turizm işinin təşkili” ixtisası IV kurs tələbələrinin buraxılış işlərinin  icra vəziyyəti, cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik  borcların və kreditlərin ödənilməsinin təşkili, müsabiqə yolu ilə professor-müəllim heyətinin […]

Davamı

GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!

Gənclər Günü Azərbaycan cəmiyyətində gənclərin rolunu, potensialını və ölkənin gələcəyində tutduğu mühüm mövqeyi bir daha diqqət mərkəzinə gətirən əlamətdar gündür. Azərbaycan gəncliyi tarixən milli-mənəvi dəyərlərə bağlılığı, eyni zamanda müasir dünyaya açıq düşüncə tərzi ilə seçilmişdir. Məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin […]

Davamı