
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik etmək və ən xoş arzularımızı bildirmək – xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləmək istəyirik. Sizin yorulmaz əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanmışdır. “Doğum gününüz münasibətilə bizim səmimi təbriklərimizi qəbul edin!
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirik”.