Yay semestrinin son imtahanları

Gəncə Dövlət Universitetində 2024-2025-ci tədris ilininpayız və yaz semestrlərindən akademik borcu qalan tələbələr üçün yay semestri üzrə dərslərə başlanılıb. Universitetdə  yay semestri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali Təhsil Müəssisələrinin bakalavriat və magistratura səviyyələrində əsas baza ali təhsilində tədrisin təşkili Qaydaları”na əsasən təşkil edilib.  

       14 iyul 2025-ci il tarixdən başlayan yay semestrində İqtisadiyyat və idarəetmə fakültəsi üzrə müxtəlif ixtisaslarda təhsil alan ümumilikdə 31 tələbə tədris məşğələlərində həftə içi 5 gün iştirak edirlər.     

    Tədris məşğələləri 15 avqust tarixdə yekunlaşdı .Yay semestrinin imtahanları isə 18-22 avqust 2025-ci i ltarixlərdə yazılı formada keçirilir.

Bu gün tələbələrin yay semestrində son imtahan günüdür.