Müəllif Arxivləri: Könül Əlizadə
Turizm bələdçiliyi ixtisasının I kursunda baş müəllim Abbasova Şahnigarın Mülki Müdafiə fənnindən açıq dərsi keçirilmişdir
Açıq dərsdə Fiziki tərbiyə, çağirişaqədərki hazirliq və mülki müdafiə kafedrasının müdiri və kafedranın əməkdaşları iştirak etdilər
Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib. Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb: […]
İqtisadiyyat kafedrasının baş müəllimi Abbasov Rafiq Vahid oğlunun İqtisadiyyat ixtisasının I kursunda “Bazar iqtisadiyyatı subyektlərinin ümumi səciyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir
Açıq dərsdə İqtisadiyyat kafedrasının müdiri i.f.d dos. Əhmədov Zakir Talıb oğlu, kafedranın əməkdaşları müəllim Cəfərov Mustafa Şahin oğlu, Kazımov Xəqani Ehtiram oğlu və Rəhimov Kənan Kamal oğlu iştirak etdilər. Açıq dərsdə proyektordan istifadə edilmişdir.
Menecment və turizm işi kafedrasının müəllimi Burcuzadə İslam Elmidar oğlunun Maliyyə ixtisasının III kursunda “Maliyyə menecmenti” fənnindən açıq dərsi “Kiçik və orta müəssisələrin maliyyələşdirilməsi” mövzusunda açıq dərsi keçirilmişdir
Açıq dərsdə Menecment və turizm işi kafedrasının müəllimləri Azadə Vəliyeva və Azər Tağıyev iştirak etdilər.
Universitetin professor-müəllim heyəti Şəhid Yüksəl Əlizadənin anım günündə iştirak edib
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin balanğıc tarixi kimi xatırlanacaq. Rəşadətli Azərbyacan Ordusu 44 gün davam edən Vətən müharibəsində əsl şücaət göstərərək 30 il erməni əsarətində qalan torpaqlarımızı düşməndən azad etdi. Doğrudur, bu yolda itkilərimiz də oldu. Ürəyində Vətən sevgisi ilə düşmənin üstünə şığıyan yüzlərlə igid Azərbaycan oğlu bu yolda […]
b/m Məmmədova Vəfa İsa qızının Marketinq III kursda Marketinqin idarə edilməsi fənnindən “Məhsul siyasətinin idarə edilməsi” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərsdə Menecment və turizm işi kafedrasının baş müəllimi i.f.d. Qasımov Şahin və kafedra müdirinin müavini, müəllim Tağıyev Azər iştirak iştirak etmişlər. Dərsdə proyektordan istifadə edilmişdir.
Yeni Azərbaycan Partiyasının yaranmasından 29 il ötür
Yeni Azərbaycan Partiyası — “91-lər“in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan, 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və […]