22 İyul – Milli Mətbuat Günü: sözün həqiqəti, maarifçiliyin işıqlı yolu!
Azərbaycan milli mətbuatının təməlinin qoyulmasından 150 ildən çox vaxt keçir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə əsası qoyulan bu şərəfli yol, xalqımızın milli oyanışında, mədəni tərəqqisində və müstəqillik ideyalarının təşəkkülündə müstəsna rol oynamışdır. “Əkinçi” ilə başlayan bu maarifçilik missiyası əsr yarım ərzində dövrün çətinliklərinə baxmayaraq, həqiqətin, […]










