Kateqoriya Arxivləri: Professor-müəllim

Gələcəyin iqtisadçıları üçün müasir yatırım dərsləri: InvestAZ mütəxəssislərindən Master Klass

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tələbələrin praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub. Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb. Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin […]

Davamı

Akademik heyətimizin uğuru: Nərmin Həsənovanın uğurlu elmi müdafiəsi.

İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müəllimi Nərmin Həsənova iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir. Uzunmüddətli elmi araşdırmaların, gərgin əməyin və fədakar fəaliyyətin bəhrəsi olan bu nailiyyət həm müəllimimiz, həm də fakültəmiz üçün qürurvericidir. Bu elmi dərəcə onun iqtisad elminə verəcəyi töhfələrin yeni bir mərhələsidir. Tələbələrinə hər zaman […]

Davamı

Menecment fənni üzrə açıq dərs: “Problemin səmərəli həlli proseduru və mübahisəli qərarlar”

Fakültəmizin “Menecment və turizm işi” kafedrasının müəllimi  Sevinc Quliyeva“Menecment” fənni çərçivəsində olduqca aktual və praktiki əhəmiyyət kəsb edən “Problemin səmərəli həlli proseduru: Mübahisəli qərar” mövzusunda “Biznesin idarə edilməsi” ixtisasına (II kurs) açıq dərs keçirmişdir. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “Menecment və turizm işi” kafedrasının müdiri, dosent, iqtisad […]

Davamı

Göy üzündən qəlblərə köçən işıq – Hökümə Əliyeva Muzeyindən reportaj

Göy üzündə sönən, lakin yaddaşlarda əbədi yanan bir çıraq… Bəzi insanlar var ki, fiziki yoxluqları ilə belə, ətraflarına işıq saçmağa, yol göstərməyə davam edirlər. Taleyin amansız hökmü – o məşum təyyarə qəzası Hökümə Əliyevanı və onunla bərabər neçə-neçə parlaq simanı aramızdan alsa da, onun irsi hələ də yaşayır. “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Menecment və turizm […]

Davamı

Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib.

Fakültəmizdə Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “WUF 13– regionda sülh,bərpa və inkişafın təcəssümü” mövzusunda çıxış edərək bildirib ki, WUF13-ün Bakıda keçirilməsi ölkəmizin urbanizasiya proseslərinə sistemli yanaşmasının, ekoloji davamlılıq və sosial inklüzivlik prinsiplərinə əsaslanan şəhərsalma siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi baxımından xüsusi […]

Davamı

Regional inkişafın müasir prioritetləri: fakültədə maraqlı açıq dərs.

“İqtisadiyyat və idarəetmə” fakültəsində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və tələbələrin müasir iqtisadi proseslərə dair biliklərinin dərinləşdirilməsi məqsədilə növbəti açıq dərs keçirilmişdir. “İqtisadiyyat” kaferasının baş müəllimi Aynur Kərimovanın “İqtisadiyyat” ixtisasının III kurs tələbələrinə “Azərbaycan iqtisadiyyatı” fənni çərçivəsində təşkil olunan açıq dərsi “Azərbaycan iqtisadiyyatının regional inkişafı” mövzusuna həsr olunmuşdur. Açıq dərsdə fakültə dekanı, dosent Məsim Abadov, kafedra […]

Davamı

İxracyönümlü iqtisadiyyatın inkişafı: Elmi-nəzəri seminarda aktual məsələlər müzakirə olunub.

“İqtisadiyyat və idarəetmə” fakültəsində “İqtisadiyyat” kafedrasının müəllimi, Gəncə Dövlət Universitetinin doktorantı Nərmin Həsənovanın “Azərbaycan Respublikasında ixracyönümlü qeyri-neft iqtisadiyyatının inkişaf probemləri“ mövzusuna həsr olunmuş elmi-nəzəri seminarı keçirilib. Seminarda fakültənin dekanı, kafedra müdirləri, professor-müəllim heyəti və gənc tədqiqatçılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məruzəçi nümayəndələri qeyri-neft sektorunun inkişafının ölkə iqtisadiyyatının şaxələndirilməsindəki strateji əhəmiyyətindən bəhs edib. […]

Davamı

Fakültəmizdə növbəti uğurlu açıq dərs keçirildi!

“İqtisadiyyat və İdarəetmə” fakültəsində “İdarəetmə” kafedrasının müəllimi Kamil Cəfərov tərəfindən “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının I kurs tələbələrinə “Heyətin idarə olunması” fənni üzrə maraqlı və interaktiv açıq dərs baş tutdu. Dərsdə “İdarəetmə” kafedrasının müdiri, i.f.d., dosent Afəddin Həmidov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov, Humanitar işlər üzrə […]

Davamı

Biznes tələbələri üçün innovativ idarəetmə modelləri: Açıq dərs

Fakültəmizin “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi, iqtisad elmləri elm sahəsi üzrə fəlsəfə doktoru Məhərrəm Babayevin “İnnovasiyaların idarə edilməsi” fənni üzrə maraqlı açıq dərsi baş tutub. Biznesin idarə edilməsi (qrup 3) ixtisası tələbələrinə təşkilati quruluşların səmərəliliyinin artırılması yolları izah edilib. Açıq dərsdə kafedra müdiri, i.f.d. Əli Allahverdiyev, baş müəllim, i.f.d. Şahin Qasımov, baş müəllim, i.f.d. […]

Davamı

Fakültədə “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs təşkil edilib

Fakültəmizdə tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin iqtisadi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova tərəfindən “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs keçirilib. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, “İdarəetmə” kafedrasının müdiri i.f.d. dosent Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “İqtisadiyyat” kafedrasının baş müəllimi, […]

Davamı