Aylıq Arxiv: Oktyabr 2024

18 oktyabr- Müstəqilliyin Bərpası Günü

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla “Müstəqilliyin Bərpası günü” (18 oktyabrda) kimi qeyd edilir.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, […]

Davamı

Gəncə terroru

Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından üç il ötür. 2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələri Gəncə şəhərini təxminən yerli vaxtla gecə saat 1 radələrində “Skat” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin.

Davamı

İntellektual yarışma

6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Kod da vinçi” intellektual yarışı keçirilmişdir. İqtisadiyyat və idarəetmə fakültəsinin aşağıda adları qeyd olunan tələbələri II yerə layiq görülmüşlər. Quliyev Mürşüd- Biznesin idarə edilməsi III kurs Rəsulov Röyal- Turizm işinin təşkili III kurs Mehdiyev Yusif- Turizm işinin təşkili III kurs Məmmədova Aybəniz- Menecment I […]

Davamı

Beynəlxalq Müəllimlər Günü

5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət […]

Davamı