Azərbaycan xalqının minilliklərdən bəri qoruyub saxladığı, milli mənəviyyatımızın, mədəniyyətimizin və tariximizin ən parlaq səhifələrindən biri olan Novruz bayramı yenidən yurdumuza qədəm qoyur. Novruz sadəcə təqvimin dəyişməsi, yazın gəlişi deyil; o, təbiətin oyanışı, həyatın yenilənməsi, insanların qəlbində ümid və sevinc çıraqlarının yandırılması bayramıdır.
Bu bayramın fəlsəfəsi dərin bəşəri dəyərlərə söykənir: şər qüvvələr üzərində xeyirin qələbəsi, soyuq üzərində istiliyin, ölüm üzərində həyatın təntənəsi. Novruz sülh, dostluq, həmrəylik, qonaqpərvərlik və xeyirxahlıq bayramıdır. Novruz bayramını digərlərindən fərqləndirən ən mühüm cəhət onun zəngin və rəngarəng adət-ənənələridir. Bu ənənələr hər bir azərbaycanlı ailəsində nəsildən-nəslə ötürülür: dörd çərşənbələrin qeyd edilməsi, Novruz xonçalarının hazırlanması, tonqal qalamaq, küsülü olanların barışması və digər ənənələrin Novruzun yaraşığıdır.
Bu əziz bayram günlərində İqtisadiyyat və İdarəetmə Fakültəsinin rəhbərliyi və kollektivi olaraq, başda möhtərəm professor-müəllim heyətimiz, sevimli tələbələrimiz, məzunlarımız və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirik!
“İqtisadiyyat və idarəetmə” fakültəsi adından hər birinizə arzu edirik ki, Novruz süfrələrinizə ruzi-bərəkət, evlərinizə xoşbəxtlik, qəlblərinizə isə bahar təravəti gətirsin. Bu bayram hər biriniz üçün yeni uğurların, yeniliklərin və nailiyyətlərin başlanğıcı olsun. Gəlin bu bahar oyanışı ilə birlikdə biz də daxilən yenilənək, elmə, inkişafa və vətənimizin rifahı naminə çalışmağa daha böyük həvəslə davam edək.
Novruz Bayramınız Mübarək Olsun! Bayramınız Qutlu Olsun!

