Fakültəmizin Tələbəsi “SciNext 2026” Respublika Elmi Konfransında Sertifikatla Təltif Olunub

İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Abdullayev Rəhman Qalib oğlu Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan Magistrantların və Gənc Tədqiqatçıların “SciNext 2026” Respublika Elmi Konfransında uğurla iştirak edərək sertifikata layiq görülmüşdür.

Konfrans çərçivəsində tələbəmiz müasir iqtisadi proseslərin təhlili və elmi yeniliklərlə bağlı aktual mövzuda çıxış edərək həm universitetimizi, həm də fakültəmizi yüksək səviyyədə təmsil etmişdir. Gənc tədqiqatçının elmi fəaliyyəti ekspertlər tərəfindən müsbət qiymətləndirilmiş və onun gələcək elmi potensialı xüsusi vurğulanmışdır.

İqtisadiyyat və idarəetmə fakültəsinin rəhbərliyi və kollektivi adından tələbəmizi bu nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona elmi yaradıcılıq yolunda daha böyük uğurlar arzulayırıq!