Qarabağ həsrəti
Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Elə bil “Cəngi” də, “Koroğlunun uvertürası” da Qarabağ notu əsasında bəstələnib. Qarabağ – sevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, yurdumzun dilbər guşəsidir. Şuşa – qəsbkar şahların başını bədənindən ayıran, onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır. Topxana – Şahdağımız, Qoşqarımız, göylərə […]