Müəllif Arxivləri: Könül Əlizadə
20 yanvarla bağlı tədbir keçirilmişdir
14 yanvar 2022 -ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində 20 yanvarla bağlı tədbir keçirilmişdir. Tədbirdə Humanitar işlər üzrə prorektor , dosent Gülsüm Fətəliyeva , dekan, dosent Şahin Xurşudov , kafedra müdirləri Zakir Əhmədov, Zakir Abbasov , Əli Allahverdiyev, müəllim və tələbə heyəti iştirak etmişlər.
12 yanvar 2022-ci ildə Gəncə Dövlət Universitetində semestr imtanahlarına start verilmişdir.
Imtahanlar yüksək səviyyədə təşkil olunmuşdur. Hər tələbə müvafiq otaqda yerləşdirildi, ora təhkim olunmuş nəzarətçi tərəfindən sənədləri aldıqdan sonra imtahan başladı. Bütün tələbələrimizə uğurlar!
24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad günüdür!
Bu münasibətlə İqtisadiyyat və idarəetmə fakültəsinin professor – müəllim heyəti və tələbələri adından onu təbrik edir, Cənab Prezidentə uzun ömür can sağlığı arzu edirik!
21.12.2021 – ci il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində Elmi Şura keçirilmişdir
Şuranın gündəliyi aşağıdakıdır: Dərs yüklərinin yerinə yetirilməsi və qış imtahan sessiyasına hazırlıq haqqında İdarəetmə kafedrasında 2021-ci il üçün planlaşdırılmış elmi tədqiqat işlərinin yerinə yetirilməsi gedişi haqqında Tədris metodiki komissiyanın işi haqqında İqtisadiyyat, idarəetmə və Menecment və turizm işi kafedralarında tədris olunan fənnlər üzrə dekabr ayında aparılmış kollokviumların nəticələri və tyutorların bir il üçün hesabatlarının dinlənilməsi […]
TƏLƏBƏLƏRİN, DOKTORANTLARIN VƏ MAGİSTRANTLARIN TƏQAÜDÜ ARTIRILDI
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər […]
15.12.2021-ci il tarixdə İdarəetmə kafedrasının müəllimi İslamova Elnarənin Bank işi fənnindən Biznesin idarə edilməsi ixtisasının III kurs tələbələrinə ” Banklarda valyuta əməliyyatları” mövzusunda açıq dərs keçirilmişdir
Dərsdə kafedra müdiri dos. Zakir Abbasov, baş müəllimlər Səbuhi Ramazanov, Rəhmiyyə İbrahimova, müəllim Gülüstan Fərəcova və fakültəmizin Tədris işləri üzrə dekan müavini Məhərrəm Babayev də iştirak etmişlər. Dərsdə proyektor və müasir tədris texnologiyalarından istifadə edilmişdir.

