5 dekabr 2025-c il tarixində İdarəetmə kafedrasının müəliimi Mehdiyeva Ulduz Elçin qızının Firmanın idarəediməsi fənnindən Biznesin idarə edilməsi ixtisası II kurs tələbələrinə Firmanın marketinq fəaliyyəti və məhsulun satışı mövzusunda çıq dərsi oldu. Firmanın marketinq fəaliyyəti bazar tələbatını öyrənərək müştərilərə uyğun məhsul və xidmətlərin təklif olunmasına yönəlir və bu fəaliyyətin əsas xüsusiyyəti rəqabət üstünlüyü yaratmaqdır. Marketinq prosesində bazarın seqmentləşdirilməsi istehlakçıları oxşar xüsusiyyətlərinə görə qruplaşdıraraq firmaya daha dəqiq hədəf seçimi imkanı verir. Firmanın marketinq fəaliyyətinin idarə edilməsi planlaşdırma, təşkil, icra və nəzarət mərhələləri əsasında sistemli şəkildə həyata keçirilir. Satış siyasəti qiymətlərin müəyyənləşdirilməsi, satış kanallarının seçilməsi və stimullaşdırma tədbirlərinin tətbiqi ilə formalaşır. Kommersiya fəaliyyətinin təşkili isə məhsulun alınması, saxlanması, satışı və müqavilə münasibətlərinin idarə edilməsini əhatə edir. Məhsulun satışında vasitəçilər istehsalçı ilə alıcı arasında əlaqə yaradaraq məhsulun bazara daha sürətli və effektiv çatdırılmasına kömək edir açıq dərsi oldu. Dərsdə dekan , dosent Məsim Abadov , kafedra müdiri dosent Afəddin Həmidov və müəllimlər iştirak etdilər.



