16 dekabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının baş müəllimi Gülnara Turabovanın Marketinq ixtisası IV kurs tələbələrinə Logistika fənnindən Nəqliyyat və logistika mövzusunda açıq dərsi keçirildi.
Logistika qarşısında qoyulmuş məqsədlərə optimal resurs məsrəfləri ilə çatmaq üçün bir mənbədən son istehlakçıya qədər material, informasiya və maliyyə axınlarının təşkil edilməsi, idarə edilməsi və hərəkətinin optimallaşdırılması ilə bağlı elmi və praktik fəaliyyətdir. Nəqliyyatın isə əsas vəzifəsi təsərrüfatların və əhalinin yük və sərnişin daşımalarına olan tələbatının tam, vaxtında və keyfiyyətlə ödənilməsi, nəqliyyat sisteminin işinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsidir.. Logistika və nəqliyyat texnologiyalarının tətbiqini, onların təşkilində inzibati, texniki, texnoloji, nəzəri və praktik məsələlərin həllini, texniki – iqtisadi təhlillər aparmağı, bu sahədə kompüter texnikası və texnologiyalarını tətbiq etməyi eyni zamanda, logistikanın funksional sahələrində müxtəlif işlərə aid (lazımi material ehtiyatlarının planlaşdırılması, yaradılması və saxlanması, nəqliyyat növünün, nəqliyyat vasitəsinin seçilməsi, malın çatdırılmasının planlaşdırılması və monitorinqi, anbarın yerləşdirilməsi variantının seçilməsi, anbar emalının idarə edilməsi, qaqblaşdırma, material axınlarının hərəkəti haqqında məlumatların toplanması və s.) praktiki vərdişlər əldə edir.
Dərsdə kafedra müdiri, dosent Əli Allahverdiyev, baş müəllimlər İ.F.D. Qasımov Şahin və İlahə Şahverdiyeva, müəllim Elmira Məmmədova və İlkin Mustafayev iştirak etdilər.





