Tələbə Elmi Cəmiyyətinin konfransı

17 dekabr 2025-ci il tarixində İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi. Konfransa rəhbərliyi fakültə üzrə TEC -in rəhbər müəllimi Abbasova Şəhla Rauf qızı və TEC-in sədri Zeynalova Tellan Vasif qızı etdilər. Hər üç kafedranın müəllimlərinin rəhbərliyi ilə tələbələr ən aktual və gündəmdə olan maraqlı mövzularda məqalələr hazırlamış, onlara slaydlar yiğmışlar. Konfransda 18 tələbə çıxış etmiş.

İlk üç yerə Qasımova Türkan , Məhərrəmova Şahsənəm və Musayeva Güləsər layiq görülmüşlər. Onları dekan dosent Məsim Abadov və TEC-in rəhbər müəllimi Şəhla Abbasova təbrik və təltif etmişlər. Digər iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Uğurlarınız davamlı olsun!