Bayram tədbiri

14.03.2017-ci il tarixdə İqtisadiyyat və idarəetmə və Filologiya fakültələrinin müəllim və tələbə heyətinin iştirakı ilə birgə bayram tədbiri keçirildi.Tədbirdə Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Ş.N.Xurşudov, Filologiya fakültəsinin dekanı prof. M.İ.Yusifov, İqtisadiyyat kafedrasının müdiri Z.T.Əhmədov,  İdarəetmə kafedrasının müdiri Z.Q.Abbasov,İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işlər üzrə dekan müavini dos.Ə.A.Allahverdiyev, Filologiya fakültəsinin tədris işlər üzrə dekan müavini dos.Z.A.Ələsgərov və digərləri iştirak etdi.

Bu bayramın təntənəsinə hər iki fakültənin kollektivi daxili, ruhi oyanışın təsiri ilə hazırlaşmışdılar.. Çünki Novruz  xalqımızın milli bayramıdır.Tarixi, çox qədim olan Novruz bayramı  böyük təntənə ilə qeyd olundu. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz tələbələrimiz arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Çünki, Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır…Bayramımız mübarək!