Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.

Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib. Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb:

  • polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
  • polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
  • mayor Həsənov Elmir Mircəlil oğlu;
  • mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
  • mayor Mayılov Emil Şahid oğlu;
  • mayor Məmmədov Murad Yaşar oğlu;
  • mayor Əliyev Emil Elman oğlu;
  • tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
  • kapitan Bayramlı Cavid Əhliman oğlu;
  • kapitan Əliyev Xəyyam Əlixan oğlu;
  • kapitan Qaraisayev Teymur Ənvər oğlu;
  • leytenant Süleymanov Abdulla Telman oğlu;
  • baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
  • işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar, Dövlət Sərhəd Xidməti bildirib.