8 oktyabr 2025-ci il tarixində Menecment və turizm işi kafedrasının müəllimi Məmmədova Elmiranın Turizm işinin təşkili IV kurslarda “Otel menecmenti” fənnindən açıq mühazirə dərsi keçirilmişdir. “Otellərin təşkilatı və idarəetmə strukturu” adlı mühazirədə
İdarəetmə strukturları və onların vəzifələri
a) Baş menecer və icraçı komitə (General Manager & Directors board);
b) Mehmanxananın əsas şöbələri və bölmələri;
c) Baş inzibatçının bölməsi (Front Office)
- Təhlükəsizlik bölməsi (Security);
- Inzibati-təsərrüfat bölməsi (cleaning Division/Floor Keeping);
- Turistlərin qəbul və xidmətinin təşkili;
- Brondlaşdırma (Reservation)
- İdarəetmədə avtomatlaşdırma sistemi (İT (MIS)).
Müəllim bildirdi ki, Mehmanxananın əsas vəzifəsi qonaqları münəqqəti yaşayış yeri ilə təmin və onlara xidmət göstərməkdən ibarətdir. Mehmanxananın təşkilati strukturu onun müəyyən olunmuş təyinatı,yerləşdiyi ərazi, qonaqların spesifikliyi və digər amillərlə müəyyən olunur. Iri mehmanxanaları baş menecer və əsas şöbələrin menecerlərinin daxil olduğu icraçı komitə edir.
Dərsdə Fakültə dekanı dosent Məsim Abadov, kafedra müdiri dosent Əli Allahverdiyev, b/m. Qasımov Şahin və digər müəllimlər iştirak etmişlər. Dərsdə proyektordan istifadə edilmişdir.






