Müəllif Arxivləri: Emiliya Əsgərova

TƏLƏBƏ FƏALLIĞININ NÜMUNƏSİ:tələbəmiz il ərzində TGT-də fəallığı ilə fərqləndi

İqtisadiyyat və idarəetmə fakültəsi “Turizm işinin təşkili” ixtisasının I kurs tələbəsi Azər Cəfərli 2025-ci il ərzində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tərkibində fəaliyyət göstərən Tələbə Klubları çərçivəsində tələbələrin təhsildənkənar fəaliyyətinin təşkili və həyata keçirilməsində fəal iştirak etmişdir. O, müxtəlif tədbirlərin planlaşdırılması, təşkilati işlərin icrası və tələbələrin ictimai həyata cəlb olunmasında xüsusi təşəbbüskarlıq nümayiş […]

Davamı

TƏLƏBƏMİZİN UĞURU: tələbə qızımız taekvondoda bürünc medal qazanıb

“İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasının I kurs tələbəsi Elnarə Hüseynova “Taekvando” idman növü üzrə Hövsan FHN İdman Sağlamlıq Mərkəzində keçirilən böyüklər arasında keçirilən ölkə çempionatı yarışında 67 kq çəki dərəcəsində uğurlu çıxış edərək bürünc medala layiq görülüb.O, yarış boyunca yüksək əzmkarlıq, peşəkarlıq və idman ruhu nümayiş etdirərək rəqibləri üzərində üstünlük qazanıb. Bu […]

Davamı

YENİ UĞURLARA DOĞRU: 2025–2026-cı tədris ilinin yaz semestri başladı

Yaz semestri tələbələr üçün bilik və bacarıqların daha da dərinləşdirilməsi, elmi-tədqiqat fəaliyyətinə fəal qoşulma, innovativ düşüncə və peşəkar inkişaf baxımından mühüm mərhələdir. Bu semestr ərzində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müasir tədris metodlarının tətbiqi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi əsas prioritetlərdəndir.Semestr çərçivəsində mühazirə və seminarlarla yanaşı, praktiki məşğələlər, elmi konfranslar, maarifləndirici tədbirlər və sosial layihələrin keçirilməsi nəzərdə tutulur. […]

Davamı

Fakültəmizdə Elmi Şuranın iclası keçirildi

İqtisadiyyat və idarəetmə fakültəsində 12 fevral 2026-cı  il tarixdə Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasda fakültənin 2025/2026-cı tədris ilinin  qış imtahan sessiyalarının yekunları və fakültənin qarşısında duran vəzifələr,  “Turizm işinin təşkili” ixtisası IV kurs tələbələrinin buraxılış işlərinin  icra vəziyyəti, cari tədris ilinin qış imtahan sessiyasında yaranmış akademik  borcların və kreditlərin ödənilməsinin təşkili, müsabiqə yolu ilə professor-müəllim heyətinin […]

Davamı

GDU-da elektron kitabxana istifadəyə verildi

Gəncə Dövlət Universitetində müasir standartlara cavab verən elektronlaşdırılmış kitabxana istifadəyə verilib. Artıq tələbələr və akademik heyət Gəncə Dövlət Universitetinin saytına (gdu.edu.az) daxil olduqdan sonra “Elektron kitabxana” linki (gdu.empro.az) vasitəsilə zəngin, müasir təlabata uyğun kitab fondu ilə tanış ola biləcəklər. Universitet kitabxanasının mövcud məlumat bazasında yer alan nəşrlər mərhələli şəkildə elektron kitabxana sisteminə daxil ediləcək. Əsas […]

Davamı

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın təkcə regional deyil, qlobal sülh və humanitar dəyərlər sistemində aparıcı aktor kimi mövqeyini möhkəmləndirir

04 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı ölkəmizin beynəlxalq sülh gündəliyində artan nüfuzunun növbəti təsdiqi oldu. Bu mükafata layiq görülmək təkcə dövlətimizin başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir. Prezident İlham Əliyev çıxışında qeyd edib ki,  Şeyx Zayedin […]

Davamı

FAKÜLTƏMİZİN QÜRURU: GDU-NUN ƏN GƏNC İQTİSADÇI ALİMİ

Xədicə Fizuli qızı Məmmədova – 1986-cı ildə Gəncə şəhərində anadan olub. İsmət Qayıbov adına 1 saylı orta məktəbin rus bölməsini bitirib, Azərbaycan Texnologiya Universitetinə qəbul olub, iqtisadiyyat üzrə təhsil alaraq Fəqlənmə Diplomu ilə bitirib. Daha sonra həmin universitetin magistratura pilləsinə qəbul olub və Fərqlənmə Diplomu ilə bitirərək, təhsilini davam etdirmək üçün doktoranturaya qəbul olub. 2017-ci […]

Davamı

ƏMƏK VƏ FƏALLIĞIN NƏTİCƏSİ: tələbələrimiz Fəxri Fərmanla təltif olundu

“Gənclər günü” münasibətilə Gəncə Dövlət Universitetində tədbir keçirilib. Universitetimizin bir qrup tələbəsi təhsildə yüksək nailiyyətlər qazandıqlarına və ictimai fəaliyyətlərdə fəal iştirak etdiklərinə görə rektorun Fəxri Fərmanı ilə təltif olunmuşdur. Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri  Afaq Qasımova, GDU Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və təltif […]

Davamı

GƏNC ƏMƏKDAŞLAR VƏ TƏLƏBƏLƏR TƏLTİF EDİLDİ

“İqtisadiyyat və idarəetmə” fakültəsində gənc müəllim, tələbə və əməkdaşların akademik, elmi və ictimai fəaliyyətlərinin stimullaşdırılması məqsədilə dekan dosent Məsim Abadov tərəfindən sertifikatla təltifetmə mərasimi həyata keçirilmişdir. Təltif olunma, gənclərin təhsil prosesində göstərdikləri fəallıq, təşəbbüskarlıq və əldə etdikləri nailiyyətlərin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Dekan tərəfindən təqdim edilən sertifikatlar gənc müəllimlərin tədris prosesindəki məsuliyyətli yanaşmasını, tələbələrin elmi-tədqiqat […]

Davamı

GƏNCLƏR GÜNÜNÜZ MÜBARƏK!

Gənclər Günü Azərbaycan cəmiyyətində gənclərin rolunu, potensialını və ölkənin gələcəyində tutduğu mühüm mövqeyi bir daha diqqət mərkəzinə gətirən əlamətdar gündür. Azərbaycan gəncliyi tarixən milli-mənəvi dəyərlərə bağlılığı, eyni zamanda müasir dünyaya açıq düşüncə tərzi ilə seçilmişdir. Məlumdur ki, 2 feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin […]

Davamı