Fakültəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması istiqamətində növbəti addım atılıb. Tədris prosesində yeni təlim texnologiyalarının və müasir tədris metodlarının tətbiqi vəziyyətini öyrənmək məqsədilə Monitorinq qrupu tərəfindən genişmiqyaslı yoxlama keçirilib.
Monitorinq zamanı dərslərdə interaktiv metodlardan istifadə, elektron resursların tədrisə inteqrasiyası və tələbəyönümlü yanaşmaların tətbiqi əsas meyarlar kimi rəhbər tutulub. Qrup üzvləri auditoriyalarda dərslərin gedişatını izləyərək, texnoloji imkanlardan nə dərəcədə səmərəli istifadə olunduğunu qiymətləndiriblər. Monitorinq qrupu sənədlərin mövcud təlimatlara uyğunluğunu və tədris planları ilə sinxronizasiyasını təhlil edib. Yoxlamanın nəticələri dekanlıqda müzakirə olunaraq, tədris sənədlərinin vahid standartlara uyğunlaşdırılması üçün müvafiq tapşırıqlar verilib.
Keçirilən monitorinqin nəticələri fakültə rəhbərliyi tərəfindən təhlil olunacaq və tədrisin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr hazırlanacaqdır.





















