Fakültəmizdə tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin iqtisadi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə “İqtisadiyyat” kafedrasının müəllimi Emiliya Əsgərova tərəfindən “Mikroiqtisadiyyat” fənni üzrə növbəti açıq dərs keçirilib. Dərsdə fakültə dekanı, dosent Məsim Abadov, “İqtisadiyyat” kafedrasının müdiri i.f.d., dosent Zakir Əhmədov, “İdarəetmə” kafedrasının müdiri i.f.d. dosent Afəddin Həmidov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, “İqtisadiyyat” kafedrasının baş müəllimi, i.f.d. Kənan Rəhimov, baş müəllim Aynur Kərimova, kafedranın müəllimləri – Vüqar Babayev, Gülşən Tağıyeva, Lalə Hüseynova, Könül Əlizadə və tələbələr iştirak ediblər.
Dərs “Mikroiqtisadiyyatın başlıca subyekti – Firma (müəssisə)” mövzusuna həsr olunub. Dərs zamanı mikroiqtisadi səviyyədə qərarların qəbul edilməsi mexanizmləri, ev təsərrüfatları və firmaların qarşılıqlı əlaqəsi geniş təhlil edilib.
Açıq dərsdə aşağıdakı əsas istiqamətlər üzrə məruzələr dinlənilib və müzakirələr aparılıb:
- İqtisadi Qərarların Analizi: Ev təsərrüfatı və firmaların resursların bölüşdürülməsi, məhsul miqdarı və qiymət siyasəti ilə bağlı qərarvermə prosesləri;
- Nəzəri Yanaşmalar: Firma haqqında mövcud iqtisadi nəzəriyyələr və müəssisənin iqtisadi məzmunu;
- Təşkilati-Hüquqi Formalar: Firmaların növləri, onların hüquqi statusu və müasir bazar iqtisadiyyatındakı rolu.
Dərs müddətində iqtisadi subyektlərin qərarlarının resursların səmərəli bölüşdürülməsinə və istehsal amillərinə təsiri əyani nümunələrlə izah olunub. İnteraktiv formada keçən dərsdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və müasir bazar şəraitində müəssisələrin rəqabət qabiliyyətliliyi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda kafedra əməkdaşları dərsin gedişatını qiymətləndirərək, mövzunun tələbələr tərəfindən mənimsənilmə dərəcəsini yüksək qiymətləndiriblər.




