26 Fevral – Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir

24.02.2021 – ci il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva açdı. Tədbirdə fakültə TEC -nin sədri Mustafa Cəfərov da çıxış etdi. Həmçinin tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Könül Əlizadə və İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov da iştirak edirdi.