“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında XI olimpiadaya yekun vurulub…

May ayının 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib. Vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov Olimpiada iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb, olimpiadanın tələbə və magistrantların vergisahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib. Sonra olimpiadanın yekun mərhələsinin iştirakçıları Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergiqanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. Olimpiada onlayn rejimdə keçirilib.Test başa çatdıqdan sonra qonaqlar Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanış olub, dərs prosesinin gedişatını izləyiblər.  Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə müəyyən edilib.

Ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Qeyd olunubki, ulu öndərin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda olimpiadanın ilkin seçmə mərhələsi cari ilin aprel ayının 16-da Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Univerisitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad və Azərbaycan Universitelərində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər şəhərlər üzrə Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində, 17 aprel tarixdə isə Lənkəran Dövlət Universitetində keçirilib. Bu mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Muxtar Respublikasının ali məktəbləri üzrə 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetində isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak edib. İmtahan şəffaf şəraitdə keçirilməklə nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqə davam edib və vaxtında başa çatdırılıb. Imtahanın gedişatına vergi orqanlarının məsul şəxsləri nəzarət edib və nəticələr qiymətləndirilmə üçün Vergilər Nazirliyinin Tədris Mərkəzinə verilib. Olimpiadanın ilkin mərhələsindən uğurla keçmiş 61 nəfər bakalavr və magistr yekun mərhələdə iştirak etmək hüququ qazanıblar. Daha sonra Olimpiada iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergi sistemində aparılan islahatlarda ali təhsil müəssisələrinin rolu” mövzusunda Elmi-praktik konfransda iştirak ediblər. Gəncə Dövlət Universitetində keçirilən Olimpiadanın ilkin mərhələsində İqtisadiyyat və İdarəetmə fakültəsindən iştirak edən 32 tələbədən 2 nəfər Zeynallı Nərman Mübariz oğlu və Fərzəliyeva Gülzar Bayram qızı yüksək nəticə göstərərək Şamaxıda keçirilən olimpiadada iştirak ediblər.