Yaz imtahan sessiyası başladı…

Daha bir tədris ili sona çatır. Artıq bir neçə Universitetdə Yaz sessiyasının imtahanları başlayıb. Gəncə Dövlət Universitetində də 2016-2017-ci tədris ilinin I, II, III kurs tələbələri üçün Yaz imtahan sessiyası başlamışdır. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə qərargah yaradılmışdır. İmtahan otaqları hazırlanmışdır. İmtahanlar tam şəffaf və operativ keçirilir. İmtahana hazırlaşmaq üçün test və proqram sualları hər bir fakültədə olduğu kimi İqtisadiyyat və İdarəetmə fakültəsində də məlumat lövhəsində yerləşdirilmişdir. Mühazirə materialları isə Elektron formada tələbələrə verilmişdir.