IQTISADIYYAT VƏ İDARƏETƏ FAKÜLTƏSİNİN TƏLƏBƏLƏRİ TƏCRÜBƏDƏ

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin bütün ixtisaslar üzrə IV kurs  tələbələri  18   fevral 2019-cu il  tarıxındən Şəhərin müxtəlif müəssısələrində  istehsalat təcrübəsinə başlamışlar. İqtisadiyyat ixtisası tələbələri Gəncə Şəhər Kəpəz və Nizami rayon Məşğulluq idarələrində, Menecment və Mühasibat uçotu və audit ixtisası tələbələri Nikoyl Bank, Kapital bank, Parabank və Ekspress bankda, Dövlət və bələdiyyə  idarəetməsi ixtisası tələbələri  Şəhərin Bələdiyyə idarələrində, Turizm və otelçilik ixtisası tələbələri Ramada Plazza və Deluxe oteldə  təcrübədədirlər.

Eyni zamanda təcrübədən sonra asudə vaxtlarını da səmərəli istifadə edərək hesabatlar hazırlayırlar.

Edit