Azərbaycanın müasir vergi sistemi: effektiv transformasiya, strateji hədəflər və perspektivlər adlı elmi -nəzəri seminar

2 aprel 2025-ci il tarixində İqtisadiyyat kafedrasının baş müəllimi V.N.Quliyevanın elmi-nəzəri seminarı keçirildi.
Elmi-nəzəri seminarda Azərbaycan müstəqillik əldə etdikdən sonra
ölkəmizdə müasir vergi sisteminin təşəkkül tapması, yenidən qurulması,
modernləşdirilməsi və səmərəliliyinin artırılması mərhələlərindən keçdiyi
vurğulanaraq, bu müddət ərzində böyük təcrübə əldə etməsi, effektiv
transformasıyaya uğraması və hal-hazırda yeni çağırışlara, iqtisadiyyatın müasir tələblərinə uyğunlaşaraq daim təkmilləşdirilən səmərəli bir sistemə çevrilməsindən bəhs edilmişdır. V.Quliyeva tərəfindən ölkəmizin vergi sistemini xarakterizə edən vergi yükü, xarici və daxili ticarətdən əldə olunan vergi gəlirlərinin və birbaşa və dolayı vergilərin nisbəti, birbaşa vergilərin strukturu kimi sosial-iqtisadi göstəricilər son statistik məlumatlar əsasında təhlil edilmiş, inkişaf etmiş dünya ölkələrinin anoloji göstəriciləri ilə müqayisəsi aparılaraq fərqli xüsusiyyətləri və səbəbləri araşdırılmışdır.
Elmi-nəzəri seminarda həmçinin Azərbaycanın dövlət büdcəsinin gəlir
hissəsin formalaşması dinamikası və strukturu, bu gəlirlərin tərkibində vergilərin və neft fondundan transferlərin dinamikası və xüsusi çəkiləri araşdırılmış, vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə vergi daxilolmaların həcmi, və dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisinin ilbəil artdığı vurğulanaraq bu göstəricilərin, dayanıqlı fiskal artımın məhs vergi sahəsində həyata keçirilən islahatlar, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsi ilə əlaqəli olduğu qeyd edilmişdir.
Elmi-nəzəri seminarın sonunda Azərbaycanın müasir vergi sistemində
ortamüddətli dövrdə həyata keçiriləcək strategiyadan bəhs edilərək, vergi sistemi qarşısına vergi yığımlarını təmin etməklə yanaşı, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması, könüllü əməletmənin təşviqinə və təşkilatın hərtərəfli inkişafı üçün səriştələrin artması istiqamətində fəaliyyətlərin icrasına yönəldilən islahatları dəstəkləyən yeni hədəflərin goyulduğu qeyd edilmişdir.