Kateqoriya Arxivləri: Kateqoriyasız
İqtisadiyyat kafedrasının baş müəllimi Quliyeva Vəfa Nizami qızının İqtisadiyyat ixtisası II kursda “Vergilər və vergitutma” fənnindən açıq dərsi keçirilmişdir.
Açıq dərsdə İqtisadiyyat kafedrasının müdiri dosent Əhmədov Zakir Talıb oğlu, kafedranın müəllimləri Cəfərov Mustafa Şahin oğlu və Rəhimov Kənan Kamal oğlu da iştirak etdilər. Dərsdə proyektordan istifadə edilmişdir.
REKTORUN UĞUR QAZANMIŞ TƏLƏBƏLƏRLƏ GÖRÜŞÜ
Almaniyanın Augsburg Universitetinin təşkil etdiyi Strateji planlaşdırma və strateji marketinq mövzusunda keçirilən 3 günlük online seminarda Gəncə Dövlət Universitetinin Menecment və turizm işi kafedrasının tələbələri iştirak ediblər. Seminarda tələbələrə strateji marketinqin əməliyyat marketinqdən fərqi, Ansoff Matriksinin təsnifatı, BCG Matriksində məhsul analizi, biznesin inkişafında B2C, B2B, B2G və B2E marketinqi, hədəf müştəri auditoriyasının fərqləndirilməsi, POSDCORB funksiyalarının […]
Turizm bələdçiliyi ixtisasının I kursunda baş müəllim Abbasova Şahnigarın Mülki Müdafiə fənnindən açıq dərsi keçirilmişdir
Açıq dərsdə Fiziki tərbiyə, çağirişaqədərki hazirliq və mülki müdafiə kafedrasının müdiri və kafedranın əməkdaşları iştirak etdilər
Çərşənbə axşamı günü Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər ölüb, iki nəfər yaralanıb.
Helikopter Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib, saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb, DSX rəisi general-polkovnik Elçin Quliyev bildirib. Rəsmi qurumlar qəzanın səbəbləri barədə hələ ki, açıqlama verməyib, lakin DSX kənar müdaxilənin istisna olunduğunu deyib. Dövlət Sərhəd Xidməti qəza nəticəsində həlak olanların adlarını açıqlayıb: […]
İqtisadiyyat kafedrasının baş müəllimi Abbasov Rafiq Vahid oğlunun İqtisadiyyat ixtisasının I kursunda “Bazar iqtisadiyyatı subyektlərinin ümumi səciyyəsi” mövzusunda açıq dərsi keçirilmişdir
Açıq dərsdə İqtisadiyyat kafedrasının müdiri i.f.d dos. Əhmədov Zakir Talıb oğlu, kafedranın əməkdaşları müəllim Cəfərov Mustafa Şahin oğlu, Kazımov Xəqani Ehtiram oğlu və Rəhimov Kənan Kamal oğlu iştirak etdilər. Açıq dərsdə proyektordan istifadə edilmişdir.
Menecment və turizm işi kafedrasının müəllimi Burcuzadə İslam Elmidar oğlunun Maliyyə ixtisasının III kursunda “Maliyyə menecmenti” fənnindən açıq dərsi “Kiçik və orta müəssisələrin maliyyələşdirilməsi” mövzusunda açıq dərsi keçirilmişdir
Açıq dərsdə Menecment və turizm işi kafedrasının müəllimləri Azadə Vəliyeva və Azər Tağıyev iştirak etdilər.
