KAFEDRA MÜDİRİ

QISA BİOQRAFİK MƏLUMAT:

Zakir Talıb oğlu Əhmədov – iqtisad üzrə fəlsəfə doktoru, dosent

19 mart 1953-cü ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur.

Telefon: 055-311-06-56

 E-mail: ahmedov53@bk.ru

TƏHSİLİ, ELMİ  DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:

1971- ci ildə Tovuz rayonunun A.S.Puşkin adına orta məktəbi bitirib və həmin ildə Bakı Maliyyə – kredit texnikumunun “Mühasibat uçotu” ixtisasına daxil olub.

1973-cü ildə həmin texnikumu bitirib və təyinatla Rusiya Federasiyasının Perm şəhəri neftayırma zavoduna mühasib kimi işləməyə göndərilmişdir.

1973-1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1976-cı ildə hazırki Azərbaycan Dövlət İqtisad Universitetinin “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” ixtisasına qəbul olub və 1980-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib.

ƏMƏK  FƏALİYYƏTİ:

Təyinatla o dövürki Kirovobad şəhər İcraiyyə Komitəsinin  plan  Komissiyasında  iqtisadçı kimi çalışmışdır.

1980-1983-cü illərdə orada iqtisadçı kimi çalışıb və 1983-cü ilin sentyabr ayından müsabiqə yolu ilə keçərək indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar iqtisadiyyat fakültəsində assisent kimi çalışmağa başlamışdır.

1990-cı ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat Elmi Tədqiqat İnstitutunda iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir və 1996-cı ildən dosent kimi fəaliyyət göstərir.

ADAU- da “Gömrük işi və ekspertizası”, “Aqrobiznesin təşkili və idarə etməsi” kafedralarının müdiri və Aqrar İqtisadiyyat fakültəsinin dekanı vəzifələrində çalışmışdır.

2015-2016-cı tədris ilində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “İdarəetmə” kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.

Hazırda həmin Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasının müdiri vəzifəsini yerinə yetirir.

ELMİ ƏSƏRLƏRİ:

80-dən çox elmi əsəsrin müəllifidir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

Yerli və beynəlxalq konfranslarda iştirak etmişdir.

TƏLTİFLƏRİ:

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə Fərqlənməyə görə” fəxri fərmanı ilə təltif edilmişdir.

“Gənc nəslin təlim-tərbiyyəsindəki xidmətlərinə  görə”,

Gəncə Dövlət  Universitetinin 80 illik yubileyi münasibəti ilə Gəncə Şəhər İcra  Hakimiyyəti başçısının 13.11.2018–ci il tarixli 101 nömrəli  Sərəncamı ilə Fəxri Fərman.

TƏDQİQAT SAHƏSİ:

“Aqrar sahənin iqtisadiyyatı”

DİL BİLGİSİ:  Azərbaycan,  rus dili

PARTİYALILIĞI: 1999-cu ildən YAP üzvüdür.