İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ

Gəncə Dövlət Universitetinin İqtisadiyyat  və idarəetmə fakültəsi  27.07.2007-ci ildə yaradılmışdır. Hazırda fakültənin dekanı, dosent Məsim Kazım oğlu Abadovdur.  

Fakültədə bakalavr səviyyəsində aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:

  1. 6004002 (050402) – Biznesin idarə edilməsi
  2. 6004003 (050404) – Dövlət və bələdiyyə idarəetməsi 
  3. 6004004 (050405) – İqtisadiyyat
  4. 6004005 (050406) – Maliyyə
  5. 6004006 (050407) – Marketinq
  6. 6004007 (050408) – Menecment
  7. 6004008 (050409) – Mühasibat
  8. 6008007 (050809) – Turizm bələdçiliyi
  9. 6008008 (050810) – Turizm işinin təşkili

İndiyədək fakültənin bakalavr səviyyəsində  minlərlə məzun olmuşdur. Hazırda fakültədə bakalavr səviyyəsində  1195 nəfər tələbə təhsil alır. 2025/2026-cı tədris ilində onlardan 293 nəfərin məzun olacağı gözlənilir. 

Fakültədə bakalavriat səviyyəsi üçün tədris prosesi 2020/2021-ci tədris ilindən etibarən universitetə qəbul olunanlar üçün isə Azərbaycan Respublikası Təhsil Nazirinin 09.07.2020-ci il tarixli F-343 saylı əmri ilə təsdiq edilmiş Ali Təhsil pilləsinin Dövlət Standartları əsasında qurulmuşdur. İxtisaslar üzrə tədris planlarının və işçi tədris planlarının  tərtibində Azərbaycan Respublikası  Nazirlər Kabinetinin  24.12.2013-cü il tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə riaət edilmişdir.

Fakültədə magistratura səviyyəsi üçün tədris prosesi 2025/2026-cı tədris ilindən etibarən universitetə qəbul olunanlar üçün isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 08.09.2025-ci il tarixli 3-29/32-548F/2025/1 nömrəli əmri ilə təsdiq edilmiş Ali Təhsil pilləsinin Dövlət Standartları əsasında qurulmuşdur.

Fakültədə aşağıdakı ixtisaslar üzrə magistrlər hazırlanır:

  1. 7004002 – Biznesin idarə edilməsi (Biznesin təşkili)
  2. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Maliyyə üzrə) 
  3. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Mühasibat üzrə) 
  4. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Marketinq üzrə)
  5. 7004004 – Dövlət və bələdiyyə idarəetməsi (Dövlət qulluğunun təşkili və idarə edilməsi) 
  6. 7004005 – İqtisadiyyat (İqtisadiyyatın tənzimlənməsi)
  7. 7004007 – Marketinq (Marketinq tədqiqatları və bazarın proqnozlaşdırılması) 
  8. 7004008 – Menecment (İnsan resursları menecmenti) 
  9. 7004009 – Mühasibat (Maliyyə mühasibatlığı)
  10. 7008004 – Turizm və otelçilik (Otelçilik) 
  11. 7008004 – Turizm və otelçilik (Beynəlxalq turizm)

Fakültə Elmi Şurası:

Fakültənin fəaliyyətinə onun Elmi Şurası və şuranın sədri rəhbərlik edir. Fakültə Elmi Şurasının tərkibi 14 nəfərdən ibarətdir. Elmi Şura kafedralar haqqında əsasnamə qəbul edir, fakültənin strukturunu təsdiq edir, gizli səsvermə yolu ilə fakültə dekanını seçir, dekanın illik hesabatını dinləyir və onun fəaliyyətini qiymətləndirir, kafedra və ETL-in illik elmi tədqiqat hesabatını müzakirə və təsdiq edir, fakültənin tədris və elmi  fəaliyyətini, beynəlxalq əlaqələrini və digər fəaliyyətlərini idarə edir, kadr məsələlərinə baxır, müsabiqə və müqavilə əsasında elmi-pedaqoji vəzifələrə namizədlərin seçilməsini həyata keçirir, professor, baş elmi işçi vəzifələrinə seçilmək üçün GDU-nun Böyük Elmi Şurasına təkliflər verir, elmi adların verilməsi haqqında GDU Böyük Elmi Şurasına təkliflər verir, GDU Elmi Şurasına nümayəndələri seçir.

ELMİ ŞURANIN ÜZVLƏRİ:

  1. Abadov Məsim  Kazım oğlu – Sədr, Dekan
  2. Cəfərov Mustafa Şahin oğlu – Tədris məsələləri üzrə dekan müavini
  3. Kazımov Xəqani Ehtiram –  Humanitar məsələlər üzrə dekan müavini
  4. Əhmədov Zakir Talıb oğlu – “İqtisadiyyat” kafedrasının müdiri
  5. Həmidov Afəddin Vahid – “İdarəetmə” kafedrasının müdiri
  6. Allahverdiyev Əli Aydın- “Menecment və turizm işi” kafedrasının müdiri
  7. Gülalıyev Mayıs Gülalı – i.e.d. prof. əvəzi
  8. Əmirov Əlizamin  İbrahim – baş müəllim, i.f.d.
  9. Əlizadə Könül Əsgər qızı – fakültə AHİK sədri
  10. İbrahimova Rəhmiyyə Ramiz – baş müəllim
  11. Əsgərova Emiliya Rauf – fakültə admini, müəllim
  12. Əkbərova Nuray Vüqar – TGT sədri, İqtisadiyyat III kurs
  13. Yusifli Qəlbinur  Bayram – THİK sədri. Marketinq III kurs
  14. Zeynalova Tellan Vasif  – TEC sədri, Marketinq IV kurs

Fakültənin struktur vahidi olan kafedralar tədris, elmi-tədqiqat və metodiki fəaliyyətləri ilə seçilir.

“İqtisadiyyat” kafedrası:

Kafedranın müdiri dosent Əhmədov Zakir Talıb oğludur.

Kafedra bakalavriat səviyyəsində üç ixtisas üzrə:

  1. 6004004 (050405) – İqtisadiyyat
  2. 6004005 (050406) – Maliyyə
  3. 6004008 (050409) – Mühasibat

magistratura səviyyəsində isə dörd ixtisas üzrə:

  1. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Maliyyə üzrə) 
  2. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Mühasibat üzrə) 
  3. 7004005 – İqtisadiyyat (İqtisadiyyatın tənzimlənməsi)
  4. 7004009 – Mühasibat (Maliyyə mühasibatlığı)

mütəxəsis hazırlanmasına məsuliyyət daşıyır.

Kafedranın tədris yükü 2025-2026-cı tədris ilində 15775 saat təşkil edir. Kafedrada  bakalavriat səviyyəsində 38, magistratura səviyyəsində isə 40 fənn pasportlaşdırılmışdır.

“İdarəetmə” kafedrası:

Kafedranın müdiri i.f.d. dosent  Afəddin Vahid oğlu Həmidovdur.

Kafedra bakalavriat səviyyəsində iki ixtisas üzrə:

  1. 6004002 (050402) – Biznesin idarə edilməsi
  2. 6004003 (050404) – Dövlət və bələdiyyə idarəetməsi 

magistratura səviyyəsində isə iki ixtisas üzrə:

  1. 7004002 – Biznesin idarə edilməsi (Biznesin təşkili)
  2. 7004004 – Dövlət və bələdiyyə idarəetməsi (Dövlət qulluğunun təşkili və idarə edilməsi) 

mütəxəsis hazırlanmasına məsuliyyət daşıyır.

Kafedranın tədris yükü 2025/2026-cı tədris ilində 10289 saat təşkil edir. 

Kafedrada bakalavr səviyyəsində 66, magistratura səviyyəsində isə 40 fənn pasportlaşdırılmışdır.

“Menecment və turizm işinin təşkili” kafedrası:

Kafedranın müdiri i.f.d. dosent Əli Aydın oğlu Allahverdiyevdir.

Hazırda kafedra bakalavriat səviyyəsində dörd ixtisas üzrə:

  1. 6004006 (050407) – Marketinq
  2. 6004007 (050408) – Menecment
  3. 6008007 (050809) – Turizm bələdçiliyi
  4. 6008008 (050810) – Turizm işinin təşkili

magistratura səviyyəsində isə beş ixtisas üzrə:

  1. 7004003 – Biznesin təşkili və idarə edilməsi (Marketinq üzrə)
  2. 7004007 – Marketinq (Marketinq tədqiqatları və bazarın proqnozlaşdırılması) 
  3. 7004008 – Menecment (İnsan resursları menecmenti) 
  4. 7008004 – Turizm və otelçilik (Otelçilik) 
  5. 7008004 – Turizm və otelçilik (Beynəlxalq turizm)

mütəxəsis hazırlanmasına məsuliyyət daşıyır.

Kafedranın tədris yükü 2025/2026-cı tədris ilində 15384 saat təşkil edir. 

Kafedrada bakalavriat səviyyəsində 44, magistratura səviyyəsində isə 51 fənn pasportlaşdırılmışdır.

Fakültədə tədris prosesi, həmçinin tələbələrin vətəndaşlıq ruhunda tərbiyyə edilməsi yüksək səviyyədə qurulmuşdur. Bunun nəticəsidir ki, tələbələr universitet, şəhər və respublika miqyasında keçirilən bilik yarışmalarında aktiv şəkildə iştirak edir və əksər hallarda birinci yerin qalibi olurlar.

Fakültə universitet və şəhər miqyaslarında keçirilən kütləvi sosial-siyasi tədbirlərin də aktiv iştirakçısıdır. Fakültədə xalqımızın tarixi bayramların və bu bayramların fəlsəfəsi tələbələrə aktiv şəkildə izah edilir və fakültə miqyasında onlara həsr edilmiş tədbirlər keçirilir. Bunlarla bərabər, xalqımızın azadlıq mübarizəsi yolunda verdiyi qurbanların xatirəsi də hörmətlə yad edilir və onlara həsr olunmuş kütləvi tədbirlər keçirilir.

Bütün bunlar ümümi təlim-tərbiyə prosesi ilə birlikdə tələbərin milli ruhda hərtərfəli yetişdirilmiş mütəxəssis kimi formalaşmasına gətirib çıxarır. Məhs bu səylərin nəticəsində fakültənin tələbələri Dövlət qulluğuna və digər məsuliyyətli işlərə məmuniyyətlə qəbul edilir, iş tapmaqda çətinlik çəkmir və öz kariyeralarını uğurla inkişaf etdirirlər.

Bir cavab yazın