Fakültə dekanı

Məsim Kazım оğlu Abadov, biologiya üzrə fəlsəfə doktoru, dоsеnt
QISA BİOQRAFİK MƏLUMAT:
8 noyabr 1961-ci ildə Xaçmaz şəhərində аnаdаn оlub. Ailəlidir. Üç oğlu və bir nəvəsi var.
Telefon: 055-300-01-47
E-mail: abadovmk@gmail.com
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:
1968 –1974-cü illərdə Ucar şəhəri 4 saylı, 1974–1978 ci illərdə Qazax şəhər 1 saylı orta məktəbində təhsil alıb.
1978–1986 cı illərdə «Qida məhsullarının texnologiyası» iхtisаsı üzrə Azərbaycan Tехnоlоgiyа İnstitunda axşam şöbəsində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.
ƏMƏK FƏALİYYƏTİ:
1979– 1989-cu illərdə Gəncə Yağ-Piy коmbinаtındа növbə rəisi, baş texnoloq və istehsalat rəisi vəzifələrində çalışıb.
1989–2017 ci illər Azərbaycan Texnologiya Universitetində çalışıb. Universitetdə tədris şöbəsində inspektor vəzifəsində işə başlayaraq, qısa müddət ərzində «Qida istehsalının prosesləri və aparatları» kafedrasında müsаbiqə yоlu ilə аssistеnt, baş müəllim, dosent seçilib, «Qida məhsullarının texnologiyası və turizm» kafedrasının müdiri, «Qida məhsullarının texnologiyası və Turizm» fakültəsinin dekanı vəzifələrində işləyib.
2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən Gürcüstan Respublikası Biokimya və Biotexnologiya Elmi Tədqiqat İnstitutuna göndərilib və orada müvəffəqiyyətlə müdafiə edərək, biologiya еlmləri nаmizədi еlmi dərəcəsini аlıb.
2018-ci ildən Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının dosentidir.
2022–ci ildə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.
ELMİ ƏSƏRLƏRİ:
100-dən artıq еlmi-mеtоdiк əsərin, о cümlədən 1 iхtirа, 9 dərs vəsaiti, 1 dərsliyin müəllifidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifləri ilə “Turizm məhsulunun tərtibi texnologiyası” (2011), “Azərbaycan turizmi və onun inkişaf problemləri” (2014), İqtisadiyyat ixtisası üçün hazırlanmış “İstehsalın texnoloji əsasları” (2017) və daha bir neçə dərs vəsaitinin müəllifidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
2005-ci ildə Vektor Beynəlxalq Elm Mərkəzi tərəfindən keçirilən müsabiqənin laureati seçilmiş, “XXI əsrin tanınmış ziyalısı” Beynəlxalq Diplomuna laiq görülmüş və “XXI əsr Azərbaycan ziyalıları” ensiklopedik kitabında haqqında bioqrafik məlumat verilmişdir.
TƏLTİFLƏRİ:
TƏDQİQAT SAHƏSİ:
DİL BİLGİSİ: Azərbaycan, rus dili, ingilis dili
PARTİYALILIĞI:
