Kateqoriya Arxivləri: Tələbə həyatı

Zəfər Yollarında Müstəqillik Qüruru: Turizm Klubunun Qarabağ Səfəri

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Turizm Klubu tərəfindən Azərbaycanın qədim və füsunkar güşəsi olan Qarabağa möhtəşəm idrak və qürur turu təşkil olunub. Tələbələrin və müəllim heyətinin iştirak etdiyi bu səfərin əsas məqsədi gənclərə dövlət müstəqilliyimizin bərpasının tarixi əhəmiyyətini aşılamaq, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq […]

Davamı

DÖVLƏT SUVERENLİYİ VƏ MÜSTƏQİLLİK ZƏFƏRİ: FAKÜLTƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev, İdarəetmə kafedrasının müdiri dosent Afəddin […]

Davamı

Fakültədə “Sosial medianın həyatımızda rolu” mövzusunda maarifləndirici seminar keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 14 oktyabr 2026-cı il tarixində 3-cü kurs Marketinq və Menecment ixtisası tələbələri üçün xüsusi maarifləndirici seminar təşkil olunub. Bakı şəhərindən dəvət olunmuş təcrübəli marketinq mütəxəssisi Aqşin Nəbiyevin təqdimatında baş tutan seminar “Sosial medianın həyatımızda rolu” mövzusuna həsr olunub. Tədbir İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili üzrə IV […]

Davamı

İqtisadiyyat kafedrasının müəllimi Məhluqə Əliyeva tərəfindən açıq dərs keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl pedaqoji təcrübənin bölüşülməsi məqsədilə 14 oktyabr 2026-cı il tarixində növbəti açıq dərs təşkil olunub. Kafedranın müəllimi Məhluqə Əliyeva tərəfindən “İqtisadiyyat” ixtisasının III kurs tələbələrinə Ətraf mühitin iqtisadiyyatı fənnindən keçirilən mühazirə dərsi “Aqrar sənaye, meşə kompleksi və su təsərrüfatı sahələrinin ekoloji […]

Davamı

“Menecment və turizm işi” kafedrasının müəllimi Türkan Rzayevanın “Animasiya xidmətinin strukturu” mövzusunda açıq dərsi təşkil olunub

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir interaktiv təlim metodlarının tətbiqi və gənc mütəxəssislərin peşəkar vərdişlərinin formalaşdırılması məqsədilə növbəti açıq mühazirə dərsi təşkil olunub. Menecment və turizm işi kafedrasının müəllimi Türkan Rzayeva tərəfindən “Turizm işinin təşkili” ixtisasının III kurs tələbələrinə “Turizmdə əyləncə işinin təşkili” fənni üzrə keçirilən mühazirə “Animasiya xidmətinin strukturu. […]

Davamı

Gözlərinin işığı ilə zülməti yaran qəhrəman: İqtisadçı vətənpərvərin ölməz irsi

Hər dövrün öz qəhrəmanları, öz unudulmaz simaları olur. Lakin bəzi insanlar var ki, onların göstərdiyi fədakarlıq hər hansı bir xidməti vəzifə borcunu, rəsmi öhdəliyi aşaraq təmiz, təmənnasız Vətən sevgisinin və ali insaniyyətin ən uca təcəssümünə çevrilir. Fakültəmizin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasının məzunu belə müstəsna ömür yaşayan, Vətənin ən dar günündə ürəyinin hökmü ilə irəli atılan […]

Davamı

Fakültəmizdə I kurs tələbələri üçün Bolonya prosesi və kredit sisteminə dair maarifləndirici təlim keçirilib

7 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 1-ci kurs tələbələrinin ali təhsil mühitinə inteqrasiyasını təmin etmək və tədris prosesinin təşkili qaydaları ilə yaxından tanış etmək məqsədilə maarifləndirici təlim təşkil olunub. Təlim Gəncə Dövlət Universiteti PHŞ-nin Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov və I kurs tələbələrinin tyutoru Çinarə Alıyeva tərəfindən aparılıb. Tədbirdə […]

Davamı

Fakültəmizdə TEC xətti ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, kafedra müdiləri, professor-müəllim heyəti, tələbə kollektivi iştira etmişlər. Tədbirin aparıcısı Fakültə TEC sədri, Turizm işinin təşkili ixtisasının III kurs tələbəsi Güləsər Musayeva qonaqları salamlamış, giriş sözünü İqtisadiyyat və idarəetmə […]

Davamı

Ömrün elmə, zəkaya və gələcəyə həsr olunmuş səhifəsi: Müəllim olmaq

Səhər açılır, doğma auditoriyanın qapısı sakitcə aralanır. Lövhə önünə keçən bir cüt mühazirə dəftəri, illərin yorğunluğunu baxışlarında gizlədən müdrik gözlər… Ali məktəb müəllimi olmaq sadəcə peşə seçimi deyil; bu, gəncliyin ən çılğın, ən axtarışda olan illərinə bələdçilik etmək, bir ömrü başqalarının işıqlı gələcəyi üçün şam kimi əritməkdir. Biz hər il yeni gələnləri qarşılayır, bir neçə […]

Davamı

Fakültəmizin müəllimi və tələbəsi “ADEX-2026” beynəlxalq sərgisində iştirak ediblər

Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mühüm əhəmiyyət kəsb edən sənədi Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri […]

Davamı