KAFEDRA MÜDİRİ

QISA BİOQRAFİK MƏLUMAT:
Afəddin Vahid oğlu Həmidov – “İdarəetmə” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent
14.08.1955-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Faxralı kəndində anadan olmuşdur.
Telefon: (055) 625 -36 -13
E-mail afaddin1984@mail.ru
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI:
1972 –ci ildə Faxralı kənd orta məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1972-1977 -ci illərdə S.Ağamalıoğlu adına ”Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) İqtisadiyyat fafültəsinin “Kənd təsərrüfatının iqtisadiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirərək “iqtisadçı-təşkilatçı” ixtisası almışdır.
1991-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ:
1977-1978-ci illərdə Kolxozlararası kökəltmə birliyində hesablayıcı kimi çalışmışdır.
1978-1980-ci illərdə 1№ li Yol tikinti idarəsində hesablayıcı-xəzinədar vəzifəsində çalışıb.
1980-1981-ci illərdə Birləşdirilmiş doğum evində böyük mühasib işləmişdir.
1981-1984-cü illərdə SSRİ-nin 50-illiyi adına Alüminium zavodunda Iqtisadçı-mühəndis vəzifəsində çalışıb.
1984-2002 -ci illərdə S.Ağamalıoğlu adına”Şərəf Nişanı”ordenli AKTİ-nin K/tı istehsalının təşkili kafedrasında assistent, dosent əvəzi,dosent vəzifələrində çalışmışdır.
2002-2009 -cu illərdə Aqrar iqtisadiyyat və menecment fakültəsində dekan müavini vəzifəsində çalışıb.
2009-2012 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasında dosent kimi fəaliyyət göstərmişdir.
2012-2015 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasının müdiri vəzifəsinə seçilib.
2015-2018 -ci illərdə Aqrobiznesin təşkili və idarə edilməsi kafedrasında dosent kimi fəaliyyət göstərib.
2018-2023-cü illərdə Gəncə Dövlət Universitetinin ”İqtisadiyat” kafedrasında dosent kimi fəaliyyətə başlayıb.
2023- cü ildən Gəncə Dövlət Universitetinin “İdarəetmə” kafedrasının müdiri vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ:
Aqrar sahənin iqtisadiyyatı.
ELMİ ƏSƏRLƏRİ:
52 elmi əsərin müəllifidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
10-dən artıq beynəlxalq və respublika səviyyəli elmi-praktiki konfranslarda müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.
DİL BİLGİSİ: Azərbaycan, rus dili
PARTİYALILIĞI: 2002-ci ildən YAP üzvüdür.